Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?

Son vaxtlar bəzi mağazalarda 10 manatdan ucuz ayaqqabılar, koftalar 20-25 manata satılan kurtkalar satılır. Orta qiymətli bir mağazada kurtkaların 55-60 manatdan başladığını nəzərə alsaq, həddindən aşağı qiymətlərin olması suallar doğurur.

Qeyd edək ki, həmin ucuz məhsulların alıcılarıyla yanaşı, "ucuz ətin şorbası olmaz” deyənlər də var.

Maraqlıdır ki, bəhsedilən məhsullar necə belə aşağı qiymətə olur? Onlar ölkəyə neçəyə gətirilir ki, belə bir qiymətə satıla bilir?

Yoxsa bu qiymətlərin səbəbi onların materialıdır?

Marketoloq Elxan Mərdanlı məsələylə bağlı bəzi məqamları Bizim.Media-ya açıqlayıb.

O bildirib ki, inkişaf edən moda sənayesinin digər tərəfi də bazarda mənşəyi bilinməyən, keyfiyyətsiz və inanılmaz dərəcədə ucuz qiymətə satılan məhsulların çoxluğudur.

"Moda və dəb dedikdə insanların ağlına ilk olaraq İtaliya brendləri gəlir. Bu ölkə keyfiyyətli materiallar incə işçilik və unikal dizaynları ilə seçilir. İtaliya brendləri yalnız yüksək standartlara uyğun məhsullar təklif edərək bazarda öz xüsusi yerini qoruyur. Ancaq bizim kimi inkişaf etməkdə olan ölkələrdə vəziyyət fərqlidir. Tekstil sənayesi hələ inkişaf etmədiyi üçün yerli bazar ucuz və keyfiyyətsiz məhsullar üçün geniş imkanlar yaradır”.

Müsahibimiz aşağı qiymətə satılan geyimlərin materialından danışıb:

"Sosial şəbəkələrdə və yerli bazarlarda tez-tez "Gəl, 5 AZN apar”, "10 AZN gödəkçə” kimi sloqanlarla satışlar həyata keçirilir. Bu qədər ucuz məhsulların istehsalı və idxalı insanları heyrətləndirir və belə bir sual yaradır ki, bu geyimlər hansı materiallardan hazırlanır və onların xərci necə bu qədər az olur? Ucuz geyimlər adətən tamamilə sintetik materiallardan hazırlanır. Polyester, akril və neylon kimi materiallar ucuz və kütləvi istehsal üçün əlverişlidir. Lakin bu materiallar dəriyə nəfəs alma imkanı vermir və uzun müddət istifadədə sağlamlıq problemlərinə səbəb ola bilər”.

Elxan Mərdanlının sözlərinə görə daha aşağı qiymətlə məhsul istehsal etmək üçün bəzi istehsalçılar tekstil tullantılarından və ya təkrar emal olunmuş xammaldan istifadə edir. Bu materiallar gigiyenik standartlara cavab vermir və insan sağlamlığı üçün təhlükəli ola bilər.

"Belə məhsullar çox vaxt qeyri-leqal sexlərdə minimal işçi hüquqları və keyfiyyət nəzarəti olmadan kütləvi şəkildə istehsal olunur. Məqsəd yalnız kəmiyyətin artırılmasıdır.

Ucuz məhsulların idxalı ilə bağlı ciddi suallar var. Tanınmış brendlər ölkəyə məhsul idxal edərkən gigiyenik və keyfiyyət sertifikatlarını, Respublika Sanitariya-Karantin Mərkəzində məhsullarını yoxlamaq üçün təqdim edirlər. Bu məhsullar yalnız müvafiq sertifikat əldə etdikdən sonra bazara daxil olur. Lakin 10 AZN-ə gödəkçə satan mağazalarda bu prosedurlara əməl edildiyi ilə bağlı ciddi şübhələr var”.

Həmsöhbətimiz keyfiyyətsiz sertifikatsız məhsulların uzun müddətli istifadəsinin sağlamlıq üçün yaratdığı təhlükələrdən də danışıb:

"Sintetik materiallar dəriyə təbii nəfəs alma imkanı vermir və bu, dəri xəstəliklərinə səbəb ola bilər. Mənşəyi bilinməyən materiallardan hazırlanmış geyimlərdə zərərli kimyəvi maddələrin mövcud olması ehtimalı yüksəkdir.

Avropada belə məhsulların bazara çıxarılması mümkün deyil. Çünki hər bir məhsul müəyyən standartlara cavab verməli və sertifikatlaşdırılmalıdır. Lakin bizim kimi inkişaf etməkdə olan ölkələrdə belə məhsulların bazarda geniş yer tutması normal hala çevrilib”.

Məsələdə iqtisadi reallıq nədir?

"10 AZN-ə satılan bir gödəkçənin idxal xərci təxminən 3-5 AZN arasındadır. Bu, o deməkdir ki, istehsalçı da, satıcı da hər biri 3-5 AZN qazanc əldə etmək üçün məhsulun keyfiyyətini mümkün qədər aşağı salır. Belə məhsulların istehsalı və idxalı indiki bazar iqtisadiyyatı şəraitində real və uzunmüddətli perspektivdə dayanıqlı deyil.

Dövlət qurumları belə məhsulların idxalı və bazara çıxarılmasına daha ciddi nəzarət etməli, standartların qorunmasını təmin etməlidirlər. Yerli tekstil sənayesinin inkişafı isə bu məsələnin həlli üçün əsas addımlardan biri ola bilər”,- deyə marketoloq sonda əlavə edib.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər