Emil İsmayılov ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə

“Hyundai” avtomobillərin rəsmi distributoru olan “Auto Azərbaycan” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, “Auto Azərbaycan” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub.

Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Hyundai” avtomobil satıcısı ilə bağlı işə 10 yanvar tarixində Nərimanov rayon Məhkəməsində baxılacaq. İş hakim Hafiz Kamranovun icraatındadır.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.

Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkətinin rəhbəri Emil İsmayılovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.

Son xəbərlər

Naxçıvanda rabitə nəqliyyatının baha başa gələn təmiri: 300 min manatlıq satınalma

Özgür Özel CHP parlament qrupunun sədri oldu

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşdü

Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır

Perunun İnka cığırında avstraliyalı turist dərəyə yıxılaraq ölüb

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Dördgünlük Hindistana yollandı

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Sərnişin avtobusu piyadanı vurdu

Latviyada naməlum dron gölə düşərək partlayıb

“Qalatasaray”dan 30 milyonluq transfer planı

“ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir”.

Elvin Cəfərquliyev milliyə çağırıldı

Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Havay adalarında güclü zəlzələ oldu

Bazar günü hava necə olacaq?

Putin Ukraynanı tələbə yataqxanasına zərbə endirməkdə günahlandırdıqdan sonra qisas alacağını vəd etdi!

Braziliya BMT Təhlükəsizlik Şurasının islahatı üçün ABŞ-yə çağırış edib

Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq

CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

Sabah 56 mindən çox abituriyent imtahan verəcək

Bu ölkədə dəhşətli partlayış - Ölənlərin sayı 82-yə çatdı-YENİLƏNDİ

Qubada yol ÇÖKDÜ!

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinlədi

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb

“Trabzonspor” və “Beşiktaş”ın avrokuboklardakı potensial rəqibləri bəlli oldu

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bütün xəbərlər