"Gömrük hospitalının cərrahı Mircəlal həkim dedi, mən də 23 min manat verdim" - Talassemiya işi

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"dogruxeber.tv"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidovanın vəkili iştirak etməyib.

Faiq Nəcəfov övladının müalicəsi üçün Aynur Bayramovanın ondan 10 min dollar pul istədiyini söyləyib: "Məndən istənilən puldan Nuridə Seyidovaya 3 min dollar verə bildim. Qalanını isə sponsorun ödəyəcəyini söylədilər. Mənə dedi ki, həmin sponsor adını bildirmək istəməyən bir biznesmendir. Daha sonra 2 min dollar da verdim. Həmin pulu adını çəkdiyim hər iki şəxsdən tələb edirəm".

Bu zaman cinayət işindəki sənədlərdən müəyyən olunub ki, Faiq Nəcəfov Nuridə Seyidova ilə 2 müqavilə bağlayıb. Hakim Azad Məcidov müqavilədə məlumatları az olduğunu söyləyərək Nuridə Seyidovaya etiraz edib:
"Nuridə, bu necə müqavilədir ki, nə pulun məbləği var, nə də başqa detal".

Digər zərərçəkən Kamil Əhmədov həyat yoldaşının qaraciyər transplantasiyasına ehtiyacı olduğunu söyləyib: "Bizə dedilər ki, qaraciyər transplantasiyası üçün 44 min manat pul lazımdır. Donor öz oğlum olacaqdı. Donor və xəstə yoxlanılmasında isə hər dəfə 2500 manat ödədim. Mircəlal adlı həkim bildirdi ki, əməliyyatı o edəcək. O vaxtlarda Aysel Məmmədova pulla bağlı dəstək olacağını söylədi. Ona 23 min manat pul verdim. Dedilər ki, həmin məbləğ tamamlanıb Gömrük Xəstəxanasına köçürüləcək. A.Məmmədova daha sonra 10 mini qaytardı. Qalan 13 mini ondan tələb edirəm. Yoldaşım isə 2023-cü ildə həyatını itirdi".

Aysel Məmmədova bildirib ki, həmin pulu Nuridə Seyidovaya çatdırması üçün onun Fizuli adlı sürücüsünə təqdim edib.

Nuridə Seyidova sürücüsünə verildiyi iddia olunan pulu əldə etmədiyini deyib.

Sədr bildirib ki, belə əməliyyatlarda öncə pulu istəyirlər, sonra xidmət göstərirlər: "Gömrük xəstəxanasında hər addıma pul ödəyirsən. Elə özüm Kovid-19 virusuna tutulub 41 dərəcə qızdırma elə xəstəxanaya gedərkən hər analizə pul istədilər. Aysel Məmmədova sən niyə o pulu Gömrük Hospitalına ödəmədin ki, xanım əməliyyat olunsun? Bəlkə onda o xanım həyatda olardı".

Digər zərərçəkən Lamiyə Hüseynova isə söyləyib ki, Aysel Məmmədova ilə dayısının tövsiyə etdiyi həkim vasitəsi ilə tanış olub: "Mən 3 xəstəni əməliyyat üçün göndərmək istəyirdim. Dayımın tövsiyə etdiyi həkim vasitəsilə Aysel Məmmədova məni Nuridə Seyidovanın şirkətinə yöndləndirdi. Orada mən 3 nəfərə - Aysel, Nuridə və Turan adlı qadına ümumilikdə 20 min 50 manat verdim. Ümumi əməliyyatın pul isə 41 min manat idi. Dedilər ki, qalanını onlar tamamlayacaqlar. Ondanda mənə xəstə yönləndirdiyim üçün pul verəcəkdilər. Lakin, sonradan Aysel Məmmədovaya nə qədər yalvardımsa pulumu qaytarmadıq. Gördüm heç nə olmur, bacımın bir otaqlı evini satıb xəstələri əməliyyat etdirdim. Banklara da borclandım. Mənim Gəncə şəhər Baş Polis İdarəsinə şikayət də etdilər. Xəstənin yaxını hətta onları 2 ay gözlətdiyim üçün məni döydü. Daha sonra Aysel Məmmədovanın dayısı gəldi. Gücü çatan 6 min manat ödədi. Mən Aysel Məmmədovadan 55 min manat pul tələb edirəm".

Aysel Məmmədova isə həmin pulun bir qismini başqa xəstənin adına Mərkəzi Klinikaya köçürdüyünü, qalanını isə Nuridə Seyidovaya verdiyini söyləyib.

Növbəti proses 22 yanvara təyin edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər