Taksi xidməti tənəzzül edə bilər? - Alternativləri xeyli artır

İctimai nəqliyyatın müxtəlif seqmentlərində aparılan optimallaşdırma tədbirlərindən sonra taksilərdən istifadə xeyli azalıb. Vətəndaşların bir çoxu artıq daha bahalı olan taksi xidməti yerinə avtobuslardan istifadəyə üstünlük verir.

"dogruxeber.tv" xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ötən ilin statistikası da taksidən istifadənin azaldığını göstərir:

"Bunun əsas 2 səbəbi var. Birincisi, taksi qiymətləri yüksəlib. İkincisi, ictimai nəqliyyatın avtobus seqmenti daha yaxşılaşıb. Marşurta buraxılan avtobus sayı artırılıb və mövcud marşrutlar optimallaşdırılıb.

İctimai nəqliyyatın əlçatanlığı artıqca taksiyə olan tələb də azalıb. Metrodan istifadə etmək isə hər bir vətəndaş üçün heç də asan deyil. Çünki metroda ciddi sıxlıq var və buna tab gətirmək lazımdır. Digər tərəfdən, qatarlar arasında olan intervallar da xeyli çoxdur. Buna görə də metrodan istifadə edən vətəndaşların da bir qismi avtobuslara üstünlük verir".

Ekspert qeyd edib ki, yeni nəsil yerli istehsal elektrobuslardan istifadə ölkənin bütün ərazisində ictimai nəqliyyatın keyfiyyətini xeyli artıracaq:

"Hazırda marşrut xətləri optimallaşdırılır və nəqliyyat vasitələri xətlərə buraxılır. Ötən ilin sentyabrından etibarən bu proses davam edir. Söhbət burada yeni avtobusların gətirilməsi və qarajlarda mövcud olan avtobusların yenidən təmir olunub marşurta buraxılmasından gedir.

Böyük bir nailiyyət kimi onu qeyd etmək lazımdır ki, artıq ölkəyə elektrobuslar gətirilməklə yanaşı, ölkəmizdə də istehsal olunacaq. 2025-ci ilin sonralarında öz istehsalımız olan elektrobusların hesabına nəinki Bakının, digər şəhərlərin də ictimai nəqliyyatını avtobuslarla təmin etmək mümkün olacaq. Belə olduqda isə vətəndaş daha çox ictimai nəqliyyata üstünlük verəcək".

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər