Nazirlikdə şübhəli tender əməliyyatı - Büdcəyə dəyən yüz minlərlə zərər...

Bu yaxınlarda Bakupost.az -da Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 2022-ci ilin dekabrında Qaz-3110 "Volqa" markalı avtomobilin təmiri üçün tender elan etdiyi və nəticələrə əsasən, növbəti ildə "Volqa" avtomobilinin əsaslı təmirinə 9 min manata xərcləndiyi, 2025-ci ildə isə həmin avtomobilin əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarıldığı barədə yazı dərc etmişdik.

"dogruxeber.tv" Bakupost.az-a istinadən xəbər verir ki, bu günlərdə İnstitutda daha bir şübhəli tender əməliyyatının həyata keçirildiyi məlum olub. Belə ki, ötən il avqustun 19-da Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu açıq tender elan edib. Elanda dərman sarğı materiallarının (endoprotezlərin) satın alınması nəzərdə tutulub.

Nazirlikdə şübhəli tender əməliyyatı - Büdcəyə dəyən yüz minlərlə zərər...

Tenderin təklif zərfləri 17.09.2024-cü ildə açılıb. Bununla bağlı 2 saylı iclas protokolunda deyilir:

"Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Dövlət Satınalmalarının Vahid Internet Portalında dərc etdiyi Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması adlı 92425 nömrəli müsabiqə üzrə qiymət təkliflərinə baxılıb:

"Müsabiqədə toplam 6 iddiaçı iştirak etmişdir.

İddiaçılarım təqdim etdiyi qiymətlər aşağıdadır.

1."ARASH MEDICAL COMPANY" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 732544.00 AZN.

2. "MEDSOL" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 1210680.00 AZN,

3. "ALFAMED LTD" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 1199175.00 AZN,

4. "PRO MEDICAL" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 710537.00 AZN,

5. "VIVA MEDICAL GROUP" MMC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 785747.25 AZN,

6. "AZƏRİ MED" QSC şirkəti Dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə: 740745.00 AZN".

Nazirlikdə şübhəli tender əməliyyatı - Büdcəyə dəyən yüz minlərlə zərər...

Göründüyü kimi, tenderə 6 şirkət qatılıb. Onların əksəriyyəti dərman sarğı materiallarının alınması üçün 700-800 min arasında vəsait tələb edib. Ancaq buna baxmayaraq, həmin tenderin qalibi satınalınma üçün ən yüksək qiymət təklif edən iki şirkətdən biri - "ALFAMED LTD" MMC olub.

Maraqlıdır, nədən tenderdə daha əlverişli şərtlər təşkil edən şirkətlər deyil, onlardan 300-400 min daha artıq vəsait tələb edən "ALFAMED LTD" MMC-yə üstünülk verilib? Axı məntiqlə büdcə vəsaitinin səmərəli xərclənməsi üçün 710-780 min arasında vəsait tələb edən 4 şirkətdən biri qalib elan olunmalı idi. Nədən bu baş verməyib və tender satınalma üçün ən yüksək vəsait tələb edən şirkətə verilib?

Bu suala İnstitutun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazov (artıq məhkəmənin qərarı ilə işinə bərpa olunub - red.) bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə aydınlıq gətirib. O, məhkəmədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Rüstəm Talışinski və hazırda adı saxta sertifikasiya məsələsində hallanan Səhiyyə nazirinin müavini İlqar Qasımovun ünvanına ciddi ittihamlar səsləndirib. Ş.Şahbazov qeyd edib ki, İnstitunun direktoru Rüstəm Talışinski olsa da, faktiki olaraq, bu səhiyyə müəssisəsi İlqar Qasımov tərəfindən idarə olunur.

Tender məsələsinə də toxunan təsərrüfat şöbəsinin müdiri onun formal xarakter daşıdığını bildirib. Belə ki, onun məhkəmədə dediyinə görə, hələ tenderdən 9 ay əvvəl artıq İnstitutla "ALFAMED LTD" MMC arasında dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması üzrə razılaşma əldə olunub və lazım olan mallar alınıb. Ş.Şahbazovun iddiasına görə, mallar alınandan 9 ay sonra tender gözdən pərdə asmaq üçün keçirilib.

Ş.Şahbazov dediklərini əsaslandırmaq üçün məhkəmədə daha bir arqumet səsləndirib. Onun dediyinə görə, Səhiyyə nazirinin müavini İlqar Qasımov 21 yaşlı bibisi nəvəsi Yusif Quliyevi Elmi Tədqiqat Travmatalogiya İnsitutunun satinalma şöbəsinin müdiri təyin etdirib və bütün qanunsuz əməliyyatları da onun vasitəsilə həyata keçirir.

Qeyd edək ki, haqqında bəhs etdiyimiz açıq tenderlə bağlı sənədlərdə də Yusif Quliyevin adı "Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi, Satınalma üzrə mütəxəssis" kimi keçir.

Beləliklə, məhkəmədə səsləndirilən iddialardan aydın olur ki, 1,2 milyonluq dərman sarğı materiallarının (endoprotezlərin) satın alınması üçün nstitutla "ALFAMED LTD" MMC arasında sövdələşməni İlqar Qasimov aparıb və bu əməliyyat zamanı külli miqdarda vəsait mənimsənilib.

Məsələ ilə bağlı yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər

Naxçıvanda rabitə nəqliyyatının baha başa gələn təmiri: 300 min manatlıq satınalma

Özgür Özel CHP parlament qrupunun sədri oldu

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşdü

Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır

Perunun İnka cığırında avstraliyalı turist dərəyə yıxılaraq ölüb

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Dördgünlük Hindistana yollandı

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Sərnişin avtobusu piyadanı vurdu

Latviyada naməlum dron gölə düşərək partlayıb

“Qalatasaray”dan 30 milyonluq transfer planı

“ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir”.

Elvin Cəfərquliyev milliyə çağırıldı

Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Havay adalarında güclü zəlzələ oldu

Bazar günü hava necə olacaq?

Putin Ukraynanı tələbə yataqxanasına zərbə endirməkdə günahlandırdıqdan sonra qisas alacağını vəd etdi!

Braziliya BMT Təhlükəsizlik Şurasının islahatı üçün ABŞ-yə çağırış edib

Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq

CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

Sabah 56 mindən çox abituriyent imtahan verəcək

Bu ölkədə dəhşətli partlayış - Ölənlərin sayı 82-yə çatdı-YENİLƏNDİ

Qubada yol ÇÖKDÜ!

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinlədi

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb

“Trabzonspor” və “Beşiktaş”ın avrokuboklardakı potensial rəqibləri bəlli oldu

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bütün xəbərlər