Xaçmaz  ELi  NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Ərz et bəşarət ilə Qafqaydakı vücudə:
Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,
Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,
Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!….
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!….

Allah rəhmət eləsin, böyük şair, Mirzə Ələkbər Sabirə. Sanki, bu günləri - müstəqil mətbuatın dilini mürtəce qanunlarla kəsməyə çalışan fürsətcil məmurları görərək yazıb bu şeirini.

O, qanunlar ki, tələm-tələsik qəbul edərək, "reyestr" söhbətini ortaya atdılar. Vəzifələrindən sui-istifadə edərək, milyonlara sahib olan məmurları ifşa edən, barələrində həqiqətləri hayqıran media nümayəndələrini susdurmağa çalışmaqla qanunları daha rahat, daha sərbəst çeynəyə biləcəklərini sandılar.

Lakin həqiqətlər qarşısında heç bir maneə sonsuza qədər davam gətirə bilməz.
Sözlərin və fikrin çərçivələri olsa da, həqiqət hüdudsuzdur.

"dogruxeber.tv" qeyd edir ki, barəsində redaksiyamıza vətəndaş şikayəti daxil olan qurumlardan mövqelərini öyrənmək istədiyimizdə son zamanlar sualımızı bu sualla cavablandırmaqla, güya bizi susdurmağa çalışırlar:
- "Siz media reyestrindən keçmisiniz?"

Məşədi İbad demişkən, "heç hənanın yeridi?!".

Biz deyirik, "redaksiyamıza məlumat daxil olub ki, filan yerdə, filan qanunsuz iş aparılır və sizin də xəbəriniz var. Hansı səbəbdən buna göz yumursunuz?", qarşılığında onların verdikləri suala baxın.

Qanun pozduqları barədə suala cavab verməmək üçün, qanun tələb edəcək qədər cəsarət verib onlara Medianın İnkişafı (əleyhinə) Agentliyi.

Müstəqil media - birinci vətən müharibəsində övladını torpaq uğrunda, vətən uğrunda qurban verən, lakin 30 ildən çoxdur haqqını aidiyyatı qurumlardan ala bilməyən Cəbrayıl rayonu Daşkəsən kənd sakini Ataş Kərimovun, Beyləqan Rayon Aşağı Çəmənli kənd sakini Kətan Həsənovanın, Xaçmaz rayon Aslanoba kənd sakini Əfilə Qocayevanın və onlar kimi bir çox şəhid ailələrinin, qazilərin, veteranların, rüşvət vermədiyi üçün səlahiyyət sahibləri tərəfindən hüququ tapdanan, qüruru qırılan, əzilən vətəndaşların haqq səsidir.

Yeri gəlmişkən, bir neçə müddətdir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" ilə mütəmadi olaraq canlı bağlantı yaradan Xaçmaz Rayon Aslanoba kənd sakini Qocayeva Əfilə Əlibaba qızı hələ də yerli icra hakimiyyəti tərəfindən ona nəinki köməklik göstərilmədiyini, hətta hər hansı bir reaksiya olmadığını deyir.

Xaçmaz  ELi  NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Əfilə ananın oğlu 1993-cü ildə birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb.

Ananın sözlərinə görə 32 ildir yerli icra hakimiyyəti tərəfindən heç kimsə onun qapısını açmayıb, heç bir diqqət göstərilməyib. Hətta, şəhid olmuş övladının məzar daşı belə düzəldilməyib. Ana öz imkanları daxilində adi betondan bir məzar daşı düzəltdirib ki, onu da üzərindən keçən illər köhnəldib, dağılmaq vəziyyətinə gətirib çıxarıb.



Təsəvvür edin ki, illərdir torpaq kərpicdən tikilmiş köhnə daxmada yaşayan ana nəinki dövlət tərəfindən mənzillə təmin olunmayıb, hətta heç ümumiyyətlə mənzil növbəsinə adı belə qeydə alınmayıbmış. Baxmayaraq ki, ana bu illər ərzində Xaçmaz rayonuna təyin edilən bütün rəhbərlərə dəfələrlə, təkrar-təkrar şəxsən müraciət edib. Sonunda, icra başçılarından əlini üzən ana media vasitəsilə ölkə başçısından kömək istəməyi qərara alıb.

Kömək deyəndə ki, əslində haqqı olanı tələb edir.
Bütün şəhid ailələrinin dövlət tərəfindən mənzillə təmin olunması barəsində ölkə başçısının müvafiq sərəncamı var və birmənalı olaraq illərdir bu həyata keçirilir.
Digər istəyi isə oğlunun məzarı üstündə bir məzar daşıdır.



Vəzifəyə gələn kimi yarım milyonluq avtomobil alan, yol təmiri adı altında 2,8 milyonluq tender müqaviləsi bağlayan icra başçısı Elnur Rzayev üçün bir məzar daşı bu qədərmi böyük tələbdir yəni?

Doğrudur, Elnur Rzayevə qədərki icra başçıları da bunu etməyib, amma Elnur Rzayev də az müddət deyil ki, Xaçmaz rayonuna rəhbərlik edir.

Sanki, Xaçmaza təyinat alan icra başçıları rəhmətlik Sabirin bu tövsiyyəsini bir-birinə miras kimi ötürüblər:

"Hər nə çəksən, cək, bəradər, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını."

Qeyd edək ki, Əfilə ananın sözlərinə görə hələ indi Xaçmaz Rayon İcra Hakimiyyətinin Aslanoba kənd icra nümayəndəsi ona sənəd gətirib ki, "Bura qol çək, səni ev növbəsinə yazdıraq".

Ana haqlı olaraq irad bildirəndə ki, "Mən 30 ildir icra hakimiyyətinə gəlib-gedirəm, hər dəfəsində də adımı siyahıya aldıqlarını deyib yola salıblar".

Gələn nümayəndə də sanki ibtidai sinif şagirdi ilə danışırmış kimi, "Sən müraciət elədiklərinin hamısı işdən çıxıb" cavabını verib.

Hörmətli Elnur Rzayev, tutaq ki, biz də sizlər qədər cahil olduq və sizin nümayəndənizin uydurduğu cahilcə bəhanəsinə inandıq ki, o adamlar artıq işdən çıxıb. Bəs sizin rəhbərlik etdiyiniz 6 ili kimin ayağına yazaq?!

Vətənin şəhid oğlunun qəbri üstündə bir məzar daşı qoymağınıza, ayrıseçkilik etmədən Əfilə ananı da tez-tez şəkillər çəkdirib saytlarda tirajlatdırdığınız şəhid ailələri birlikdə özəl günlərdə yada salmağınıza, heçolmasa halını xəbər almaqla təsəlli olmağınıza bu 6 ildə mane olan səbəb nə idi?

Bu gün Əfilə ananı mətbuat vasitəsilə ölkə başçısından kömək istəməyə məcbur edən məhz yerli icra başçısının etinasızlığıdır.

O, icra başçısı ki, Gəncə şəhər icra hakimiyyəti başçısının müavini, Asan xidmət rəhbəri və sair kimi mühüm (ruzili) vəzifələrdə çalışaraq, çalışdığı sahələrdə də kifayət qədər vətəndaş narazılıqları yaradaraq rəhbər vəzifəyə yüksəlib.

Yerli medianın məlumatına görə onun bu cür uğurlu "təkamül"ündə qohumu İnam Kərimovun "xüsusi zəhməti" olub.

Qohum sarıdan şansı yavər olan Elnur Rzayevə uzun müddətli təcrübəsi belə deyəsən vəzifə borclarını, öhdəliklərini o qədər də öyrədə bilməyib.

Ya Elnur Rzayev "zəif tələbə" olub, ya da...

Yox, elə əslində hardan necə gəlir əldə etməyi mükəmməl bilməsi, iki il ard-arda eyni yolların təmiri üçün iki fərqli şirkətlə 1,1 və 1,3 milyonluq tender müqaviləsi imzalaması onun heç də zəif tələbə olmadığının göstəricisidir.

Nə deyirik ki, bizim bütün bunlar barəsində səlahiyyətimizin yetdiyini etdik - məsələni ictimailəşdirib, aidiyyatı qurumların da diqqətinə çatdırdıq. Bundan sonrası hər kəsi qanunla susdurmağın yolunu mükəmməl bilən aidiyyatı dövlət qurumlarının üzərinə düşür.

Güman edirik ki, ən qısa zamanda QANUN Xaçmaz Rayon İcra Hakimiyyətinin də qapısının kandarından girəcək. O, zamana qədər isə mövzunu davam etdirəcəyik.

Növbəti yazımızda isə hər fəsli bir başqa gözəl olan və bu səbəblə də turist qonaqlar qarşılayan, meşəsi bir başqa, çayları, daş-qum yataqları bir başqa - ümumiyyətlə hər qarışı gəlir mənbəyi olan Xaçmazın öz rəhbərinə qazandırdığı milyonlardan bəhs edəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 592

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər