Zaur Mikayılov Qorxmaz Hüseynov yolu gedir - ölkənin hər yerindən kütləvi narazılıqlar eşidilir...

dogruxeber.tv: - Dövlət Su Ehtiyatları Agentliyi ona görə təsis edildi ki, onun fəaliyyət dairəsi genişləndirilsin, respublikanı tam əhatə eləsin, tərkibinə də ayrı-ayrı strukturlar tabe etdirildi ki, bir mərkəzdən idarə olunsun, yüksək səviyyəli performans ortaya qoyulsun. Yəni məram xoş idi və qarşıya qoyulan tapşırıqlar da böyük idi. Söhbət ölkənin su təsərrüfatı sahəsində illərlə yığılıb qalan müxtəlif növ problemlərdən gedirdi.

Çünki Qorxmaz Hüseynov dönəmində bu strukturda korrupsiya fontan vururdu. Zaur Mikayılovun sədr gətirilməsi ilə prezident ona etimad göstərdi ki, qoyulan öhdəliyi yerinə yetirsin. Amma su problemi ilə bağlı şikayətlər saysız-hesabsızdır. Elə bu günlərdə adi bir problemin belə həll olunmadığı üzə çıxdı. Hətta Xəzər TV sakinlərin narazılığını ictimailəşdirmişdi. Belə ki, Xaçmaz rayonunun Xudat şəhər camaatı anbardan əhaliyə verilən su borularının vaxtında təmizlənmədiyini bildirmişdi. Digər tərəfdən, su fasilələrlə verildiyindən hər dəfə problemlər yaranır. Axı indi hansı zəmanədir ki, su fasilə ilə verilsin, yaxud təmizlənməsin?! Dünya İlon Maskın süni intellekt sahəsində inqilablarından bəhrələnir, amma ADSEA və onun sədrinin səriştəsizliyi Xudat əhlini adi bir sosial problemlə üz-üzə qoyub. Halbuki indi belə problemlər arxaik olmalıdır. Sakinlər iddia edirlər ki, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar təmiz sudan istifadə edə bilmirlər. Xüsusən də Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir.

Həmçinin qeyd edirlər ki, suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib. Bu fakt isə Zaur Mikayılovun rəhbərliyi altında ölkənin su probleminin hansı səviyyədə olduğunu gözlər önünə sərir. Eyni zamanda, etinasızlıq qeyd edilməlidir. Qurumun və onun şöbələrinin başı nələrə qarışıbsa, vətəndaşların içməli su problemini həll etmək yada düşmür. Əslində, onlarla belə faktlar var. Misal üçün Bakının Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətinin binasına hələ də sayğaclar quraşdırılmayıb. Sonuncu dəfə "Azərsu" əməkdaşları əraziyə gələrək su probleminin həll ediləcəyinə söz vermişdilər. Deyilmişdi ki, mənzillərə sayğaclar qoyulacaq. Amma o gedən gediblər, hələ bir xəbər yoxdur. 165 mənzil isə Zaur Mikayılova etdiyi müraciətin nəticəsini gözləməkdədir.

Bundan başqa, Masazır kəndini göstərmək olar. Bu günlərdə İctimai Televiziya sakinlərin şikayətini işıqlandırmışdı. Masazırda ay yarımdır ki, su gəlmədiyi deyilirdi. Gələn isə havadır. Abşeron su-kanal idarəsinə müraciət isə nəticəsiz qalıb. Yəni istər Bakı, istər regionlarda əhalinin su problemi ilə bağlı yüzlərlə belə şikayətlərə rast gəlmək mümkündür. Problem isə bu qədər müraciətlərin əvəzində qarşı tərəfin susmasıdır. Prezident isə Zaur Mikayılovu təyin edib ki, sələfi Qorxmaz Hüseynovdan fərqlənsin. Fərqlənə bilirmi? - Bunu söyləmək çətindir...//Anaxeber.info

Oxunub: 325

Son xəbərlər

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Bütün xəbərlər