MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb?

Adi bir qədər əvvəl qalmaqala qarışan və sosial şəbəkələrdə “bir saniyəyə 100 min ev satan” kimi təqdim olunan “MİDA” MMC ötən il sayca az, amma məbləğcə çox böyük tenderlər keçirib.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, şirkət 14 tenderdə 77 milyon 844 min 442 manatlıq satınalma müqaviləsi imzalayıb.

“MİDA”nın ötən il üçün ən bahalı müsabaqiəsi Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən yaşayış kompleksinin elektrik xətti, kanalizasiya və digər bu qəbildən görülən işləri ilə bağlı olub. “ENERJİ QRUP” MMC ilə bununla əlaqədar 10 milyon 185 min 018 manatlıq satınalma müqaviləsi imzalanıb.

Xatırladaq ki, “MİDA” sözügedən şirkətlə bu ilin ilk ayında da anlaşıb. Belə ki, Şirvan şəhəri, Naxçıvan küçəsində inşa olunan yaşayış kompleksinin sahəxarici və sahədaxili qaz təminatı işlərini həyata keçirən “Enerji Group” b unun müqabilində MMC-dən 1 milyon 509 min 75 manat daha alacaq.

Bahalılıq dərəcəsinə görə, ikinci ən iriməbləğli tender “T.T.Ş.-İNŞAAT” MMC ilə razılaşdırılıb. MİDA Binqədidəki binasının csu-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinə görə, sözügedən şirkətə 8 milyon 448 min 852 manat ödəyib.

Bahalı layihələr sırasında Şirvan şəhəridə 960 yerlik tam orta məktəbin tikintisi də var. “İDEAL TM” QSC ilə bağlanmış müqavilənin dəyəri 6 milyon 951 min 997 manat təşkil edib.

Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili şəbəkəsinin tikintisi işləri də ucuz olmayıb. “İNTEGRAS” MMC ilə bağlanılan müqavilənin dəyəri 4,7 milyon manat olub.

MİDA-nın say baxımından ən çox müqavilə bağladığı şirkət isə “R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ”dir. Ötən il MMC və QSC 3 tender sazişi imzalayıblar. Bu müqavilələrin toplam dəyəri isə 2 milyon 438 min 092 manat olub.

Tribunainfo.az-ın araşdırması nəticəsində da məlum olub ki, MİDA bu ilin ilk 3 iki ayı ərazində təxminən 29 milyon manatlıq daha üç tender keçirib. Bu tenderlərdən biri Hövsan qəsəbəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması ilə bağlıdır. “AMAL GROUP” MMC ilə bu məqsədlə 27 milyon 285 min 107 manatlıq müqavilə imzalanıb.

MİDA-nın ən qəribə işlərindən biri davamlı olaraq, eyni şirkətlə gördüyü işləri reklam etməsidir. Belə ki, MMC “Medical Media” ilə iki ildir davamlı olaraq çalışır. Tibb sahəsində çalışan və bu sahə üzrə reklamda elə də ciddi uğur qazanmamış sözügedən şirkətlə MİDA-nın ötən il üçün 112 min manatlıq növbəti satınalma müqavilə bağlaması da təəccübə səbəb olub.

İkinci maraqlı məsələ isə MİDA-nın ötən illə nisbətdə bu il dəftərxana ləvazimatına olan tələbatının artmasıdır. Belə ki, ötən il “DOSTLUQ TRADİNG” MMC-dən 102 min 971 manatlıq dəftərxana ləvazimatı alan MİDA, bu ilin yanvarında “LEKAL” MMC ilə eyni məqsəd üçün 134 min 948 manatlıq satınalma müqaviləsi imzalayıb.

Lakin MİDA-nın ən müəmmalı və qəribə işlərindən biri odur ki, şirkətin satınalma saytında keçirdiyi tenderlərin tarixçəsi 2024-cü ilin may ayını keçməməsidir. Yəni, MMC-nin may ayından ötən ilin əvvəlinə qədər olan müddətdə keçirdiyi tenderlərlə bağlı heç bir məlumat yoxdur.

Bu məlumatlar gizlədilibmi, yoxsa, saytın bazasından çıxarılıbmı və ya bunun məqsədli olub olmadığı, habelə texniki məsələ olması barədə heç bir məlumat yoxdur.

Necə ola bilər ki, eyni saytda bu ilin yanvar və fevral ayları üçün MİDA-nın keçirdiyi tenderlərlə bağlı məlumat var, amma ötən ilin yanvar-may ayları üçün heç bir bilgi yoxdur? Bunun özü kifayət qədər qəribə və təəccüblüdür.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər