İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR

dogruxeber.tv: -Ötən həftə Zaqatala rayonunda Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində təhlükəsizlik məqsədi ilə ağacların kütləvi şəkildə qanunsuz budanması və kəsilməsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açıldı...

Aparılan araşdırmada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Muhuma Qudayev başqa şəxsin adından "14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevlə müqavilə bağlayaraq 15-16 fevral 2025-ci il tarixlərində həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Baş vermiş pozuntu ilə bağlı "14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı "Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırıldı.

İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR

Həmçinin cinayət işində toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmış və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə "14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin həbs, sahibkar Qudayev Muhuma Məmmədəli oğlunun isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilşdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Zaqatala rayonunda Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində təhlükəsizlik məqsədi ilə ağacların kütləvi şəkildə qanunsuz budanması və kəsilməsi ilə bağlı açılmış cinayət işinə daha bir məmur cəlb edilib.

İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR

Belə ki, ağacların budanması üçün keçən il 7 saylı RETSİ-nin rəisi vəzifəsində işləyən Akif Məmmədov sahibkar Muhuma Qudayevə ağacların budanması üçün qanunsuz olaraq rəy verib.

Məlumata görə ağacların budanmasına görə rəyi 7 saylı RETSİ yox, Dövlət Ekoloji Ekspertiza Agentliyi verməlidr.

Ancaq 7 saylı RETSİ rəisi işləmiş Akif Məmmədov Muhuma Qudayevə belə bir rəyi verdiyi deyilir
Bildirək ki, Akif Məmmədov hazırda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarə rəisi vəzifəsində işləyir.

İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR

Qeyd edək ki, 8 saylı RETSİ rəisi Akif Məmmədovun Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadəyə yaxın olduğu iddia edilir.

Məsələ ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirildi ki, araşdırma aparılır.//Poliqon.info

Oxunub: 685

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər