gundem / siyaset / dunya
20.03.2025, 13:30
Paşinyan Rusiyayla münasibətləri bərpa etməyi tapşırdı – Kremlə səfər planlaşdırılır
Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət orqanlarına Rusiya ilə münasibətləri bərpa etməyi və son geosiyasi dəyişikliklərlə əlaqədar birgə tədbirlərdə fəal iştirak etməyi tapşırıb.
"dogruxeber.tv" xəbər verir ki, "Qraqarak" qəzetinin məlumatına görə, Paşinyan "Vətəndaş müqaviləsi" partiyasının da Rusiya səfərinə hazır olduğunu qeyd edib.
14 mart tarixində Kreml Paşinyanın 9 May tarixində Moskvada keçiriləcək tədbirlərdə iştirakını təsdiqlədiyini açıqlayıb.//Musavat.com



