“Azərişıq” ASC Cəlilabad və Masallının bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir - VİDEO

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC paytaxt və regionlarda yenidənqurma işlərini davam etdirir. Cəlilabad və Masallının bir sıra kəndlərində də elektrik şəbəkəsi tamamilə yenilənir.

"dogruxeber.tv" xəbər verir ki, Cəlilabad rayonunun 3 kəndində – Komanlı, Rüstəmabad və Bəcirəvanda 0.4 və 10 kV-luq yeni metal dayaqlar əkilir, müasir elektrik xətləri çəkilir. Hər 3 kənddə açıq naqillərin yerinə müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur. Ümumilikdə 9 Kompleks Transformator Məntəqəsinin quraşdırılması nəzərdə tutulub.

Masallının Köhnə Alvadı kəndində ötən əsrin 60-cı illərində quraşdırılan elektrik şəbəkəsi yenisi ilə əvəzlənir. Kənddə 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN) çəkilişi və yeni sayğacların quraşdırılması davam edir. Həmçinin elektrik enerjisinə artan tələbat nəzərə alınaraq 10 Kompleks Transforator Məntəqəsi quraşdırılacaq.

Lürən kəndində 0.4 kV-luq dayaqların basdırılması, elektrik xətlərinin yenilənməsi işləri başa çatıb. Hazırda 10 kV-luq yeni dayaqlar əkilir, ÖİN-3 kabel xətləri çəkilir.

İstehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməklə yanaşı elektrik enerjisi itkilərini minimuma endirməyi hədəfləyən “Azərişıq” ASC Cənub regionu ilə yanaşı ölkənin bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və əsaslı təmir işlərini davam etdirir.

Son xəbərlər

Naxçıvanda rabitə nəqliyyatının baha başa gələn təmiri: 300 min manatlıq satınalma

Özgür Özel CHP parlament qrupunun sədri oldu

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşdü

Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır

Perunun İnka cığırında avstraliyalı turist dərəyə yıxılaraq ölüb

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Dördgünlük Hindistana yollandı

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Sərnişin avtobusu piyadanı vurdu

Latviyada naməlum dron gölə düşərək partlayıb

“Qalatasaray”dan 30 milyonluq transfer planı

“ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir”.

Elvin Cəfərquliyev milliyə çağırıldı

Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Havay adalarında güclü zəlzələ oldu

Bazar günü hava necə olacaq?

Putin Ukraynanı tələbə yataqxanasına zərbə endirməkdə günahlandırdıqdan sonra qisas alacağını vəd etdi!

Braziliya BMT Təhlükəsizlik Şurasının islahatı üçün ABŞ-yə çağırış edib

Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq

CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

Sabah 56 mindən çox abituriyent imtahan verəcək

Bu ölkədə dəhşətli partlayış - Ölənlərin sayı 82-yə çatdı-YENİLƏNDİ

Qubada yol ÇÖKDÜ!

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinlədi

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb

“Trabzonspor” və “Beşiktaş”ın avrokuboklardakı potensial rəqibləri bəlli oldu

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bütün xəbərlər