Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərinin 30%-i təmirli satılır. Lakin 20 il bundan qabaq təmirli mənizllərin satışı, demək olar ki, yox səviyyəsində idi.

Bəs hansı mənzili almaq daha sərfəlidir - təmirli, yoxsa təmirsiz?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, yeni çoxmərtəbəli binalarda satılan mənzillərin əksəriyyəti təmirsiz olur.

"Vətəndaşlar bu mənzillərin təmirini öz üzərinə götürürlər. Lakin bəzi tikinti şirkətləri kreditli şərtlərlə təmirli mənzillər satırlar və vətəndaş onu belə vəziyyətdə almağa məcbur olur.

Köhnə tikili binalara nəzər salsaq, görərik ki, mənzillərin hər biri yüksək olmasa da, təmirli formada satılır. Belə binalarda mənzil alan şəxslər əksər hallarda köhnə təmiri sökərək, özləri yenidən təmir edirlər. Lakin vətəndaşlar təmirsiz mənzil alarkən diqqətli olmalıdır.Təmir edən şirkət və ya qrup peşəkar olmalıdır. Əsas da elektrik naqillərinin, sanitar qovşaqların borularına diqqət etməlidirlər", - o bildirib.

Ekspert qeyd edib ki, yay aylarında həyət evlərinin satışı yüksəlir.

"Bu aylarda təmirli alınan mənzildə fəsadlar qış aylarında üzə çıxır. Mənzil alan vətəndaş mütləq şəkildə peşəkar ustalara müraciət edərək, tikilinin təmirinin keyfiyyətini yoxlatmalıdır".
Ətraflı

Əmlak satışı ilə məşğul olan Cəlil Əliyev isə Trend-ə bildirib ki, hansı mənzilin daha sərfəli olduğunu seçmək bir neçə amildən asılıdır və bu qərar sizin şəxsi tələblərinizə, maliyyə vəziyyətinizə və uzunmüddətli məqsədlərinizə bağlıdır.

"Təmirli və təmirsiz mənzillərin hər birinin üstünlükləri və çatışmazlıqları var. Üstünlüklərinə nəzər salsaq, görərik ki, belə mənzillər insana vaxt qazandırır. Təmirli mənzilə daxil olub dərhal yaşayışa başlaya bilərsiniz. Bu, xüsusilə tələbləriniz varsa, əhəmiyyətlidir.

Təmirli mənzillərdə sizə təmir, boyama və digər əlavə xərclər lazım olmayacaq. Lakin təmirə ciddi fikir vermək lazımdır. Çünki bəzi tikinti şirkətləri mənzillərin təmirində tanınmış firmaların materiallarından istifadə edəcəyini reklamlarında bildirsə də, nəticədə ucuz və keyfiytətsiz materiallardan istifadə edir.

Bu da həmin şirkətdən mənzil alan şəxslərin ikiqat ziyana düşməsinə səbəb olur. Təmirli mənzilin dizaynı və üslubu bəzən sizin şəxsi zövqünüzə uyğun gəlməyə bilər. Belə mənzillərin qiyməti də təmirsiz mənzillərə nisbətən daha yüksək olur.

C.Əliyev qeyd edib ki, təmirli mənzillərə nisbətən təmirsiz mənzillərin qiyməti daha aşağıdır.

"Belə mənzilləri öz zövqünüzə görə təmir edib bəzəyə bilərsiniz. Lakin qısa müddətdə yeni evə köçmək istəyirsinizsə və əlavə zamanınız və büdcəniz yoxdursa, təmirli mənzil almaq daha sərfəli ola bilər. Əgər müəyyən bir büdcə ilə işləyirsinizsə və ya öz zövqünüzə uyğun şəkildə evinizi təmir etmək istəyirsinizsə, təmirsiz mənzil daha sərfəli və uyğun seçim ola bilər.

Nəticədə, hər iki seçimin özünəməxsus üstünlükləri var. Ən yaxşı qərarı vermək üçün sizin maliyyə vəziyyətiniz, vaxt məhdudiyyətləriniz və şəxsi ehtiyaclarınız nəzərə alınmalıdır", - deyə o qeyd edib.

Son xəbərlər

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Bütün xəbərlər