“Tikinti şirkəti söz verir, amma heç bir iş görülmür” – Sakinlər yenə şikayətçidir

dogruxeber.tv: - Xəbər verdiyimiz kimi, Paytaxtın Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri 7 ildir mənzillərinə çıxarış ala bilmədiklərindən şikayətçi idilər.

Sakinlər bu barədə Yenavaz.com-a yenidən müraciət ediblər.

Sözügedən yaşayış kompleksinin sakinləri daha əvvəl də dəfələrlə sadalanan problemləri ictimailəşdiriblər.

Onlar bildirirlər ki, 2019-cu ildə mətbuat nümayəndələrinin iştirakı ilə sakinlərlə görüşən şirkətin rəhbər şəxsləri qısa müddət ərzində problemləri aradan qaldıracaqlarına dair söz veriblər. Lakin həmin vaxtdan 6 il keçməsinə baxmayaraq, problemlər hələ də qalmaqdadır.

Qeyd ediblər ki, fevral ayında şirkətin rəhbər şəxsləri qısa müddət ərzində problemləri aradan qaldıracaqlarına dair söz versələr də, bu müddət ərzində heç bir iş görülməyib: “Tikinti şirkəti söz verir, amma faktiki heç bir iş görülmür”

Əlavə ediblər ki, bu gün – 11 aprel tarixində bina sakinləri yenidən şirkət rəhbərliyi ilə görüşmək üçün müraciət ediblər, lakin şirkət rəhbərliyi görüşməyib. Daha sonra sakinlər Nizami rayon icra hakimiyyətinə gediblər.

Sakinlərin sözlərinə görə, icra hakimiyyətindən gələn həftə görüşün mümkün olacağını bildiriblər.

Məlumat üçün qeyd edək ki, 2017-ci ildən tikilməyə başlamış və fors major hallar nəzərə alınmaqla 6 iyun 2018-ci ildə tam təhvil verilməli olan bina 7 il keçməsinə baxmayaraq hələ də hazır deyil.

“Binamızda ehtiyat pilləkənlərin məhəccərləri qoyulmayıb, siqnalizasiya quraşdırılmayıb, mərtəbələr yanğın şitləri ilə təchiz olunmayıb, liftlərə ehtiyat cərəyan kabeli birləşdirilməyib, liftlərlə texniki xidmət müqaviləsi bağlanmayıb. Bir sözlə, heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmayan binada məcburi yaşayırıq”, - sakinlər bildirirlər.//yeniavaz.com



Oxunub: 393

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər