Əvəz Zeynallı həbsxanada xərçəng xəstəliyinə tutuldu - MÜRACİƏT

Jurnalist Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb. O, həbsxanada onkoloji xəstəlikdən əziyyət çəkir. Artıq bədxassəli şişin törəmələrinin onun qara ciyərinnə yayıldığı deyilir.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət (Zeynalova) Qüsuri öz şəxsi facebook hesabında məlumat verib. Xanımı, Əvəz Zeynallının təcili müalicəyə ehtiyacı olduğunu, əgər indi müdaxilə olunmazsa, sonra gec olacağını vurğulayıb və həbsxana çalışanlarının məhkumlarla qanunlara əks davranışlarından şikayətlənib. O, sanki, qəsdən məhkumların ölümə tərk edildiyini vurğulayıb.

Həmçinin qeyd edib ki, "Bu müraciəti Əvəz Zeynallıdan razılıq almadan, “qaradan da artıq boya yoxdur...”- deyib, edirəm.

Yadınızdadırsa, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı. Müayinəni aparmaq üçün lazım olan UZİ-ni yalnız Ombudsman Aparatına xəbər verdikdən və onlar da bu işə qarışdıqdan 1 ay sonra həbsxanaya göndərməyə müvəffəq olmuşduq. Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, az müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. 4 dəfə qan vurdular, günlərlə sistem birləşdirdilər, təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” -bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları (ümumiyyətlə, yalan danışa bilmir) bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq “mütastaz” verib, xərçəng qara ciyərinə yayılıb. Bu günlərdə “ximiya”ya başlayacaqlar. “Saçımı dibindən qırxdıracam”, - deyib, gülür, “həbsxanada heç kəsin edə bilmədiyini, həkimlər mənə etdi... Fikir eləmə, saçım olmadan da xarizmatikəm...”, - deyir. Nikbinliyi daha da yıxır bizi.

Belə. Əvəz Zeynallı bütün şüurlu ömrünü Vətənə, Azərbaycana xidmət etməklə keçirib. Yemədən, içmədən, günlərlə yuxusuz qalıb, amma vəzifəsini layiqincə yerinə yetirib. İndi saxta ittihamlarla, iki şərəfsizin bir qəpiyə dəyməyən canlarını qurtarması üçün verdikləri yalan ifadəyə görə, azadlığını əlindən alıb, özünü də xəstə, yarımcan etdilər.

Həbs olunanda 98 kq çəkisi vardı, 25 kq çəki itirib. Məsuliyyətsiz təcridxana rəhbərlərinin “otopleniya”nı vaxtında yandırtmaması nəticəsində buz kimi qarlı havalarda ciyərlərini soyuq aldı. Bu da nəticəsi...

Hərdən düşünürəm ki, qəsdən, bilərəkdən bunları etdilər.

Azərbaycan prezidentinə, ombudsmana, xalqımın bütün təbəqələrinə - ölkənin duyarlı kəsimlərinə, ləyaqətli media nümayəndələrinə, hüquq müdafiəçilərinə, ictimai-siyasi xadimlərə, məsuliyyətli siyasi partiya rəhbərlərinə, xalqımın sadə insanlarına, dünya azərbaycanlılarına səslənirəm: Əvəz Zeynallını, bu millətin Azərbaycan üçün ürəyi yanan daha bir qeyrətli oğlunu ölməyə qoymayın! Vicdanınıza sığının, kimin əlindən nə gəlirsə, onu da etsin. Mən də əlimdən nə gəlirsə, onu edəcəm, daha SƏSİMİZ EŞİDİLƏNƏ KİMİ...

Əfv prezidentin birbaşa səlahiyyətindədir. Hər gün Əvəz Zeynallının həyatı üçün ciddi bir təhlükədir. Humanistlik edib, onu özəl qərarla fərd olaraq da əfv etmək, müalicəsini diqqətdə saxlamaq olar. Sonra çox gec ola bilər. Vaxt çox azadır. Hər saniyə dəyərlidir. Əgər ona bir şey olarsa, bu tarixdə silinməyən qara ləkə olaraq qalacaq.

Çox təəssüf ki. gözlərində olan problemlər də hələ qalır. Bir gözündə görmə qabiliyyəti kəskin aşağı düşüb, nə baxan var, nə də yoxlatdıran. Özümüzə də qaytarmırlar ki, müayinəsini də, müalicəsini də özümüz edək. Bütün qapıları bağlamaq məsələni çözmək demək deyil axı... İnanın, başqa bir millətin Əvəz Zeynallı kimi oğlu olsaydı, onu yaşatmaq üçün nələr etməzdi.

Bilirəm, tanıyıram onu. Bilirəm ki, həyatında daha bir şanlı mübarizənin bəyaz səhifəsini açır: Yaşamaq mübarizəsinin... Dualarımız və varlığımız onunladır. O harda olacaqsa, biz də yanındayıq.

P.S. Ötən 3 ildə özünü bizə dost bilən onlarla insan, həmkar “Məlahət xanım, nəyəsə ehtiyacınız olsa, deyin”, deyiblər. Bir dəfə də olsun onlara müraciət etməmişəm. İndi edirəm: “ Bu gün lazımsınız, sabah gec olacaq!"

Oxunub: 864

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər