Bu şəxslərin həbs cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.

dogruxeber.tv: - Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsindən kənar qaydada xarici dövlətin məhkəməsinin hökmünün tanınması və təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin hökmü ilə çəkdiyi cəzanın ona təyin ediləcək cəza müddətinə hesablanması yolverilməzdir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər