Gürcüstan Aİ-dən üzr istədi

Gürcüstan tərəfi Aİ-nin Tiflisdəki nümayəndəliyinin əməkdaşı Saymon Vandenbruku ölkəyə buraxmadığı üçün üzr istəyib və onun işə qayıda biləcəyini təsdiqləyib.

"dogruxeber.tv" xəbər verir ki, bundan əvvəl missiya Gürcüstan Xarici İşlər Nazirliyinə şifahi nota göndərərək, nümayəndə heyətinin lazımi qaydada akkreditə olunmuş üzvünün ölkəyə girişinin rədd edilməsinin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və digər beynəlxalq normalara zidd olduğunu vurğulamışdı.

Gürcüstan Xarici İşlər Nazirliyi jurnalistlərə bildirib ki, insident “texniki anlaşılmazlıq” nəticəsində baş verib.

"Biz bu məsələ ilə bağlı Avropa İttifaqının nümayəndələri ilə müzakirələr apardıq, onlara hər şey izah edildi və məsələ həll olundu", - Gürcüstan XİN-in mətbuat xidməti bildirib.

Mayın 21-də Tbilisi beynəlxalq hava limanında Vandenbruk Gürcüstana buraxılmayıb. O, növbəti reyslə getdiyi ölkəyə qaytarılıb.

Simon Vandenbruk Avropa Xarici Fəaliyyət Xidmətinin bir hissəsi olan Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsində işləyir. O, yardım proqramlarının əlaqələndirilməsi, Assosiasiya sazişinin həyata keçirilməsi və Aİ ilə Gürcüstan arasında siyasi və iqtisadi əlaqələrin inkişafına cavabdehdir.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər