Rusiyadan  Gürcüstana xəbərdarlıq !
Rusiya Tbilisidəki İsveç Səfirliyinin Rusiya maraqları bölməsində baş vermiş insidentlə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksey Zaytsev bildirib. Onun sözlərinə görə rəsmi Moskva Gürcüstan müxalifətinin yanvarın 26-da İsveçin Gürcüstandakı səfirliyinin Rusiya Federasiyasının maraqları bölməsi binasının yaxınlığında keçirdiyi antirusiya siyasi aksiyasından narahatdır. A. Zaytsev qeyd edib ki, aksiyanın başlamasından öncə binanın işıqları söndürülüb.
Diplomat əlavə edib ki, insidentlə əlaqədar Tbilisidəki Rusiya maraqları bölməsi Gürcüstan XİN-ə nota göndərib və Gürcüstan səlahiyyətlilərinin Diplomatik Əlaqələrlə bağlı 18 aprel 1961-ci ildə imzalanmış Vyana Konvensiyasına riayət edilməsini tələb edib. Bildirilib ki, analoji siqnallar Rusiya XİN tərəfindən Moskvadakı İsveç səfirliyinin Gürcüstan maraqları bölməsinə də göndərilib.

"Biz ümid edirik ki, Gürcüstan rəsmiləri bu cür insidentlərin qarşısının alınması üçün bütün mümkün tədbirləri görəcəklər”, - deyə A. Zaytsev vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın müxalif “Avropalı Gürcüstan” partiyası yanvarın 26-da Tbilisidəki keçmiş Rusiya səfirliyinin binasına Ukrayna bayrağının və xəritəsinin projeksiya edilməsi ilə etiraz aksiyası keçirib. Aksiyada Ukrayna və Gürcüstanın dövlət himnləri oxunulub, Rusiya əleyhinə şüarlar səsləndirilib.

Xatırladaq ki, Gürcüstanla Rusiya arasında birbaşa diplomatik münasibətlər 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra kəsilib. İki ölkə arasında dialoq Cenevrə Beynəlxalq Müzakirələri, eləcə də Abaşidze-Karasin formatında saxlanılıb.

Oxunub: 720

Son xəbərlər

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Bütün xəbərlər