Acı bibərin sağlamlığa 5 mühüm FAYDASI

dogruxeber.tv: - Təbii və sağlam qidalanma insan orqanizmi üçün bir çox müsbət təsirləri özü ilə gətirir. Mütəxəssislərin açıqlamalarına görə, acı bibər istehlakı sağlamlıq baxımından müxtəlif faydalar təqdim edir. Acı bibəri gündəlik qidalanma rasionuna əlavə etdikdə onun təsirlərini qısa müddətdə hiss etmək mümkündür.

Bəzi insanlar tərəfindən sevilərək istehlak edilən, bəzilərinin isə uzaq durmağa çalışdığı acı bibər yalnız yeməklərə verdiyi ləzzətlə kifayətlənmir. Acı bibərin tərkibindəki faydalı maddələr insan sağlamlığı üçün olduqca əhəmiyyətlidir.

Tribunainfo.az xəbər verir ki, mütəxəssislər acı bibərin balanslı və düzgün bir şəkildə rasiona əlavə edilməsini tövsiyə edirlər.

Acı bibərin insan orqanizmi üçün məlum olan 5 əsas faydası belə sıralanır:

1. Metabolizmanı sürətləndirir: Acı bibərə acılığını verən “kapsaisin” adlı maddə termogenik təsir göstərərək bədən istiliyini artırır. Bu da öz növbəsində metabolizmanın sürətlənməsinə səbəb olur. Metabolizmanın sürətlənməsi daha çox kalori yandırılmasına və xüsusilə qarın bölgəsində incəlməyə kömək edir.

2. Ağrıkəsici təsirə malikdir: Kapsaisin maddəsi sinir və əzələ ağrılarını azaldan təbii ağrıkəsici kimi çıxış edir. Kapsaisin tərkibli kremlər və məlhəmlər xaricdən tətbiq olunduqda müvəqqəti rahatlama təmin edir və ağrı siqnallarını bloklayır.

3. İmmuniteti gücləndirir: C vitamini ilə zəngin olan acı bibər immun sisteminin gücləndirilməsində mühüm rol oynayır. Davamlı istifadə zamanı orqanizmdə infeksiyalara qarşı qoruyucu təsir göstərir və ümumi bədən müqavimətini artırır.

4. Həzm sistemini tənzimləyir: Acı bibərin düzgün və ölçülü şəkildə istehlakı həzmi yaxşılaşdırır. Onun tərkibindəki kapsaisin mədə turşusunun ifrazını artırır və həzm fermentlərinin aktivliyini təşviq edir. Eyni zamanda acı bibər mədə xorasına səbəb olan bakteriyaların çoxalmasının qarşısını almaqda da təsirli olur.

5. Ürək sağlamlığını qoruyur: Acı bibərin tərkibindəki antioksidantlar və kalium maddəsi ürək-damar sisteminə fayda verir. Antioksidantlar damar tıxanıqlığına səbəb olan sərbəst radikalları zərərsizləşdirir, kalium isə qan təzyiqini tənzimləyərək infarkt və iflic riskini azaldır.//Bakıvaxtı.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər