Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən

dogruxeber.tv: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi 19.06.2025-ci ildə icarə xidmətlərinin alınması üzrə fiziki şəxs İsmayılov Səfər Yusifəli oğlu ilə bir mənbədən satınalma metodu ilə icarə müqaviləsi bağlayıb. Müqavilənin qiyməti 45.144 manat təşkil edib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, fiziki şəxs İsmayılov Səfər Yusifəli oğlu Lənkəran Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin Xususi Notariusu vəzifəsində çalışır.

Bir neçə ay əvvəl elektron mediada Lənkəran Rayon 1№-li notariat ofisinin Notariusu Səfər İsmayılov haqqında ilginc informasiyalar yayılmışdı. Məlumatda qeyd edilirdi ki, 1№-li notariat ofisi Lənkaran rayon Hacı Zeynalabdin küçəsi 211 ünvanında fəaliyyət gösdərib. Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayandan sonra 1№-li notariat ofisi fəaliyyətini Lənkəran regional “ASAN xidmət” mərkəzində davam etdirir.

Bəs görəsən Səfər İsmayılovun əvvəllər əyləşdiyi Lənkaran rayon Hacı Zeynalabdin küçəsi 211 ünvanında yerləşən bina kimə məxsusdur?Bu bina ilə Səfər İsmayılovu hansı əlaqələr birləşdirir?

Daxil olmuş məlumatda bildirilir ki, Səfər İsmayılov müxtəlif internet resurslarında elanlar yerləşdirərək notariat ofisinin yerləşdiyi binanı 5000 AZN-ə icarəyə verir. Bu nəticəyə gəlmək olar ki, notariat ofisinin əvvəllər yerləşdiyi bina elə Səfər İsmayılovun özünə məxsusdur və zamanında bu şəxs “özü-özüylə” icarə müqaviləsi bağlayırmış. Yeni nazir Səfər İsmayılovun fəaliyətini araşdırtdırsa bu deyilənlərin doğru olduğu üzə çıxar.
Onu da qeyd edək ki Səfər İsmayılov mətbuatın gündəminə, oğlunun 90-LR-002 qeydiyyat nişanlı BMW markalı avtomobillə Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməklə gəlib.

Elektron medianın yaydığı bu məlumatdan belə görsənir ki, Səfər İsmayılov Lənkəranda heç də az imkanlara sahib deyil. Maraqlıdır onun məlum olmayan, yəni gizli icarəyə verdiyi daha nə qədər obyekti var. Daha maraqlısı Səfər İsmayılovun bu obyektləri ərsəyə gətirməyə vəsaitləri haradan əldə etməsidir. Bir də görəsən Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində və xüsusən də nazir Fərid Əhmədovun Lənkəran Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin Xususi Notariusu Səfər İsmayılovun həm də bir çox obyekt sahibi olmasından xəbəri varmı?//Aktualinfo.org

Oxunub: 453

Son xəbərlər

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

“iPhone 18 Pro” bu rəngdə olacaq

Benilüks ölkələrindən Azərbaycana HÜCUM – Bakıdan REAKSİYA

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi

İlham Əliyev bu sessiyanın iştirakçılarına müraciət edib

Türkiyə Ukrayna və Rusiya danışıqlarına ev sahibliyi etməyə hazırdır

İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib

Bütün xəbərlər