BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...

dogruxeber.tv: - Mətbuatda 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynovun Bakı şəhərində fərqli üç ünvanda, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat İmtahan İdarəsinin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərməsi barədə təəccüb doğuran informasiyalar dolaşır. Məsələ burasıdır ki, Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Sual olunur: Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?”

Təbiidir ki, 48 saylı notariat ofisinin rəhbərinin bunca geniş səlahiyyəti Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, bu idarənin notariat sahəsinə nəzarət edən rəis müavini Mehman Soltanov verib. Diqqətəlayiq haldır ki, Səadət Hüseynovun ofisinin məhz BDYPİ-nin strukturlarının həndəvərində fəaliyyət göstərməsi əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi məsələlərinin cazibədar olması ilə əlaqədardır.

KİV həmçinin yazır ki, Səadət Hüseynov BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimovun yeznəsidir. Müşfiq Rəhimov isə uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Belə çıxır ki, eyni müştərilər yeznə və qayının xidmətindən istifadə ediblər.

Bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırması üçün Səadət Hüseynova zəng vursaq da, telefonun dəstəyini qaldırmadı. Salamlaşma və ilk suallarımızı mesaj formasında göndərəndən sonra cavab əvəzinə ondan hədələyici mesaj aldıq: “Xahiş edirəm artıq dərəcədə narahat eləməyin. Mən sizi tanımıram, qoy bizdə sizə nəzarət edən ağsaqqaları narahat etməyək»

Qərara gəldik ki, Səadət Hüseynovla söhbətimizin davamını örtülü mesaj statusundan ictimai müstəviyə keçirək. Əlbəttə, S.Hüseynov jurnalistlərlə söhbət etməyi nəinki özünə, heç 50 min manat qiyməti olan telefon nömrəsinə sığışdırmır. Malik olduğu başqa daşınar və daşınmaz əmlakları, nəhayətsiz kapitalı demirik, təkcə o telefon nömrəsini quru maaşla alması üçün orta statistik məmur yarım ömür xərcləməlidir.
Mövzuya qayıdacağıq.//Dəryaz.az

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər