Sükut beynin və sağlamlığın güclü dəyişdiricisidir – Yeni tədqiqat

Yeni bir araşdırma göstərib ki, sükut təkcə səssizlik deyil, həm də aktiv və güclü bir qüvvədir, hansı ki beyni dəyişə və ümumi sağlamlığı yaxşılaşdıra bilər. Cəmi üç gün bilərəkdən sükut içində olmaq, beyində fiziki və funksional dəyişikliklərə səbəb olur – bu dəyişikliklər uzunmüddətli meditasiya və ya zehni məşqlərlə müqayisə edilə biləcək səviyyədədir.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə “Boy Genius Report” (BGR) texnologiya portalında yayımlanmış məqalədə qeyd olunub.

Bildirilib ki, tədqiqat zamanı xüsusilə hipokamp adlı beyin bölgəsində təsir edici nəticələr müşahidə olunub – bu bölgə yaddaş və öyrənmə funksiyalarına cavabdehdir. Sükut içində keçirilən eksperiment zamanı iştirakçılarda yenidən neyronların artımı qeydə alınıb – bu, əvvəllər yalnız aylarla davam edən təlim və ya intensiv terapiya zamanı müşahidə edilə bilərdi.

“Sükutun təsiri daha aydın şəkildə özünü göstərib o şəxslərdə ki, onlar gündəlik həyatda davamlı səs-küyə məruz qalırlar. Bu da o deməkdir ki, məhz belə insanlar sükutdan daha çox fayda əldə edə bilərlər”, - məqalədə qeyd olunur.

Tədqiqat zamanı həmçinin beyin dalğalarında dəyişikliklər müşahidə olunub. Aktiv beta dalğalardan daha yavaş alfa və teta dalğalarına keçid baş verib ki, bu da daxili sakitlik, yaradıcılıq, emosional nəzarət kimi sahələrdə yaxşılaşma ilə əlaqələndirilir.

Üçüncü gün iştirakçılar bu rahatlıq halına əvvəlkindən daha tez və asan çatdıqlarını bildiriblər.

Bundan əlavə, emosional sabitlik artıb, narahatlıq azalıb, əhval-ruhiyyədə ümumi yaxşılaşma qeydə alınıb. Bu effekt təcrübə bitdikdən sonra bir neçə həftə davam edib.

Həmçinin qeyd olunur ki, gözlənilməz bir nəticə də hisslərin güclənməsi olub. Belə ki, iştirakçıların qoxu alma hissi kəskinləşib, dad, rəng və toxunma fərqləri daha yaxşı ayırd edilə bilib. Bu beynin resurslarının yenidən paylanması, yəni çarpaz ritmik kompensasiya ilə izah olunur – bir hiss daha da güclənərək digərlərini dəstəkləyir.

Bildirilir ki, tədqiqat zamanı işçi yaddaşın (məlumatı saxlamaq və emal etmək bacarığı) mühüm şəkildə yaxşılaşdığı müşahidə olunub. Belə ki, iİştirakçılar daha sürətli qərarlar veriblər, daha az səhv ediblər.

Tədqiqat müəllifləri vurğulayırlar ki, hətta gündə cəmi iki saatlıq səssizlik ölçülə bilən ciddi nəticələr verir. Misal üçün, səhər telefonsuz oyanmaq, qulaqlıqsız gəzintiyə çıxmaq, tapşırıqlar arasında qısa “sakit fasilələr” etmək – bunlar hamısı ruhi vəziyyəti yaxşılaşdırmağa kömək edir.//Yeniavaz.com

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər