gundem / iqtisadiyyat / Cəmiyyət / Foto
24.07.2025
Binəqədi Rayon MKTB-nin dövlətə vergi borcu 5 milyon manatı keçdi
Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin vergi borcu artıb.
"dogruxeber.tv" 32gun.az-a istinadən xəbər verir ki, borc 5 milyon 41 min 460,36 manata yüksəlib.
Qeyd edək ki, təxminən 4 ay əvvəl bu qurumun vergi borcu 4 milyon 777 min 743,37 manat təşkil edirdi.
Xatırladaq ki, 2018-ci ildə Binəqədi rayon İcra Hakimi Elxan Allahverdiyevin əmri ilə Elmin Zamanov Mənzil-Kommunal Təsərrüfati Birliyinin rəisi təyin edilib.




