Milyonluq tenderlərin “ovçusu”: “Az-Tex-İmport” MMC

Ötən gün 8 milyon manat vergi borcu olan şirkətlə satınalma müqaviləsi imzalamış “Naxçıvan Yol Təchizat” MMC daha bir tenderinin nəticəsini açıqlayıb.

"dogruxeber.tv" xəbər verir ki, bu dəfə MMC maşın və mexanizmlərin satınalınmasını həyata keçirəcək.

7 milyon 480 min 855 manatlıq müqavilənin icrası isə “AZ-TEX-IMPORT” MMC-yə həvalə olunub.

Açıq mənbələrdə qeyd edilir ki, “Naxçıvan Yol Təchizat” MMC həmin məbləğə 20 ədəd texnika alacaq. Onların arasında 1 ədəd avtokar (yükləyici), 1 ədəd monipulyator, 3 ədəd Kəpçə, 1 ədəd yol cizgi boya makinası, 1 ədəd yükləyici kon, 1 ədəd təkərli ekskavator, 3 ədəd avtoqreyder, 2 ədəd yüksək tonnajlı ekskavator, 2 ədəd torpaq vərdənəsi , 3 ədəd 4 tonluq, 1 ədəd 14 tonluq asfalt vərdənəsi və 1 ədəd asfalt yayan alınacağı qeyd edilib.

Tenderin qalibi olmuş “AZ-Tex-İmport” MMC-yə gəldikdə bildirək ki, bu şirkət ölkədə “İveco” avtomobillərinin istehsalçısı olaraq tanınır. İran və Türkmənistana maşın ixrac edən şirkətin rəhbəri Samir İbadullayevdir.

Qeyd edək ki, son 18 ay ərzində sözügedən şirkət 12 tenderə qatılıb və qalib olub. MMC-nin ən bahalı satınalma müqaviləsi Bakı şəhər Əsaslı Tikinti və Təmir MMC bağlanılıb. Həmin tenderlərdən birinin dəyəri (nəqliyyat və xüsusi texnikaların satın alınması) 7 milyon .212 min manat, digəri isə (Kommunal təyinatlı texnikaların satın alınması) 31 milyon 400 min manat təşkil edib.

Lakin şirkətin digər bahalı tendderləri də var. Tribunainfo.az-ın açıq mənbələr üzrə apardığı araşdırma zamanı bəlli olub ki, “Az-Tex-İmport” İnnovasiya və Təchizat Mərkəzinə 15 milyon 874 min 714 min manatlıq yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri satıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinə isə xüsusi təyinatlı texnikanın və konteynerlərin satılmasına dair müqavilənin dəyəri 6 milyon 930 min manat olub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər