“Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR

dogruxeber.tv: - Cəlilabad rayon Icra Hakimiyyəti Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderin nəticələrini açıqlayıb.

Müsabiqənin qalibi “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.

Rəsmi qaynaqlarda qeyd edilir ki, yolların əsaslı təmiri 157 min 609 manata başa gələcək.

Açıq mənbələr üzərindən həyata keçirdiyimiz araşdırma nəticəsində məlum olub ki, son bir ildə Cəlilabad İcra Hakimiyyəti ilə “Elnur-2” şirkəti arasında 5 belə anlaşma olub.

Onlardan biri bu yaxınlarda, 19 avqustda qeydə alınıb. Cəlilabad şəhərində yolların əsaslı təmiri üçün şirkət 423 min 594 manat pul alıb.

Bundan başqa, ötən ilin sentybarında “Elnur-2” şirkəti Cəlilabadın Göytəpə şəhərinin də yollarını əsaslı təmir edib. Həmin tenderin müqabilində isə İcra Hakimiyyətindən 110 min 507 manat pul alıb.

Maraqlı məqamlardan biri də odur ki, Cəlilabad İcra Hakimiyyəti ötən il “Elnur-2” ilə bir ayın içində bütün anlaşmaları reallaşdırıb. Məsələn, dəyəri 419 min 674 manat olan Cəlilabad şəhərində yolların əsaslı təmiri prosesi 09.09.2024-cü ildə baş tutub. Həmçinin 04.09.2024-cü ildə 176 min 289 manatlıq layihə olan Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri işləri baş tutub.

Qeyd edək ki, Cəlilabadda yalnız bir şirkətin tenderlərin qalibi olması müəyyən ehtimallara səbəb olub. Bəzi açıq mənbələrdə rayonun icra başçısı Rafiq Cəlilovla sözügedən şirkət arasında yaxşı münasibətlərin olması iddia edilir.// tribunainfo.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər