Rafael Mehrəliyevin 900 minlik duz anlaşması: “Fidan-TN” və “Fəza-F” kimə məxsusdur? –ARAŞDIRMA

Dogruxeber.tv: - Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınmasını əhatə edən tenderin qalibi “FİDAN-TN” MMC olub.

Rəsmi qaynaqlara görə, tərəflər arasında 5 min ton duzun alınmasında razılaşma olub. Bunun müqabilində isə İdarə şirkətə 674 min 488 manat pul ödəyəcək.

Tribunainfo.az-ın məsələ ilə bağlı apardığı araşdırma zamanı o da məlum olub ki, BŞİH-in Sanitariya və Texniki Təmizlik İdarəsi analoji tenderi ötən ilin noyabrında da keçirib. Həmin vaxt “FƏZA-F” MMC ilə ilə 2000 ton duzun alınması üçün 248 min 36 manatlıq müqavilə imzalanıb.

Amma məsələnin maraqlı tərəfi bu deyil. Önəmli olan həm ”Fidan-TN”, həm də “Fəza-F” şirkətləri ilə eyni məzmunlu tenderlər keçirmələridir. Məsələn, bu ilin fevralında sözügedən İdarə elə sözügedən şirkətdən “Kamaz” və “Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarını satın alıb. Bununla əlaqədar tərəflər arasında 182 min 926 manatlıq müqavilə imzalanıb.

Analoji anlaşma ötən ilin sentyabrında “Fəza-F” MMC ilə də əldə olunub. Belə ki, Sanitariya və Texniki Təmizlik İdarəsi maşın-mexanizmlərə tələb olunan avadanlıqların və təmiri üçün mal materialların, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələrinə ehtiyat hissələrini satın alıb. Bunun üçün də şirkətə 179 min 950 manat ödəyib.

Bu əsnada onu da bildirək ki, BŞİH-in sözügedən qurumu bu ilin yayında iİtlər üçün quru yemin satın alınmasını da tender yolu ilə reallaşdırıb. Həmin yemlərin alınmasını isə “FƏZA-F” MMC həyata keçirib. Bu məqsədlə şirkətə 425 min 685 manat ödənilib.

İndi isə BŞİH-i “duza gətirən” bu şirkətlərin kimə məxsusluğunu qeyd edək. “FƏZA-F” (VÖEN: 2902898611) MMC 21.10.2013-cü il tarixdə yaradılıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, SARI-QAYA BAĞLAR MASSİVİ, qanuni təmsilçisi kimi isə Ağayev Fizuli Telman oğlu qeyd olunub.

Bu şirkət 2022-ci idən 2025-ci ilə qədər toplam 1.4 milyon dollarlıq tender udub.

Açıq mənbələrdə qeyd edilir ki, “Fəza-F” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbəri Rafel Mehrəliyevə bağlı ola bilər. Bu da onunla əsaslandırılır ki, sözgedən şirkət yalnız Mehrəliyevin rəhbəri olduğu qurumların tenderini udur.

Digər şirkət “Fidan-TN” MMC isə 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur.

Lakin bu şirkətin hansısa nazir müavinlərindən birinə məxsus olmasına dair iddialar var.

Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Bütün xəbərlər