Məşhur icra başçısının qohumu hakim qarşısına çıxarıldı

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarda hallanan yaxın qohumu İsa Əzizov hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

İsa Əzizov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.

Qeyd edək ki, İsa Əzizov 2025-ci ilin sentyabrında "Sea Breeze" istirahət mərkəzində xuliqanlıq zəminində hadisə törətməkdə təqsirləndirilir. Onun barəsində ilkin olaraq cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılsa da, ibtidai istintaq dövrünün sonrakı mərhələsində onun əməlləri cinayət məcəlləsinin 126.2.1 (sağlamlığa qəsdən zərərvurma) və 234.1 (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə qiymətləndirilərək tövsif olunub.

Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də barəsində cinayət işi açılaraq həbs olunmuşdu.

Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən Bakının mərkəzində baş verən silahlı atışmada iştirak etdiyinə görə məsuliyyətə cəlb olunub. Həmin vaxt İsa Əzizov onları polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlibmiş.//Oxu.az

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər