hadise
14.02.2018
Bakıda 42 yaşlı qadın zorlanıb

Xəzər rayonunda zorlama hadisəsi baş verib. -42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib.
Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən zorlanıb.
Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib./Oxu.Az


