gundem
14.02.2018
TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyasıAzərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
TürkPA-dan sorğusuna cavab olaraq bildirilib ki, təşkilat hər il seçkiləri müşahidə edir və bu il də müşahidə missiyası öz monitorinqini həyata keçirəcək.
Məlumatda deyilir ki, TürkPA bir qayda olaraq üzv olan hər dörd dövlətin seçkilərində müşahidə missiyasını yerinə yetirir: "Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işləri aparılır. Dörd üzv ölkədən müşahidəçilər gələcək”./ APA


