Kim kende qayidib torpaq ekirse… – Deputat









Kənd təsərrüfatı dövlət dəstəyinə böyük ehtiyacı olan spesifik sahədir. Fermerlərin xeyli hissəsi çəkdikləri böyük zəhmətin müqabilində nə qazanırlar ki, ondan vergi də versinlər.
Bu sözləri millət vəkili Əli Məsimli “Yeni Müsavat” qəzetinə verdiyi geniş müsahibədə deputat həmkarı Ziyad Səmədzadənin kənd təsərrüfatı ilə məşğul olanların vergiyə cəlb edilməsi təklifinə münasibət bildirərkən deyib.
Deputat əlavə edib ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Bununla belə, bu sahənin potensialından layiqincə istifadə olunmur:
“Hazırkı reallıqlar şəraitində kənd təsərrüfatı sektorunda məhsuldarlıq aşağıdır, xərclər, maya dəyəri yüksəkdir, bu sahədə istehsal olunan məhsulların əksəriyyəti yüksək rentabelli deyil. Kənd təsərrüfatı dövlət dəstəyinə böyük ehtiyacı olan spesifik sahədir. Fermerlərin xeyli hissəsi çəkdikləri böyük zəhmətin müqabilində nə qazanırlar ki, ondan vergi də versinlər”.
Ə.Məsimli hesab edir ki, əslində hazırkı reallıqda bu məsələ ətrafında diskussiyaya yer yoxdur:
“Fermerlərə vergi güzəştlərinin edilməsi dövlətin aqrar siyasətinin mühüm tərkib hissəsidir. Ona görə də kənd təsərrüfatı sektorunda çalışanlara, xüsusən də kiçik və orta sahibkar kimi fəaliyyət göstərən fermerlərə vergi güzəştlərinin tətbiqi davam etdirilməlidir”.
Deputat kənddə qalmaq istəyənlərə dəstək verilməsinin vacib olduğunu bildirib. Əlavə edib ki, kəndə qayıdıb işləmək istəyən vətəndaşların uçotu aparılmalı, istifadəsiz torpaqların bir hissəsi onlara icarəyə verilməlidir:
“Eyni zamanda, Sahibkarlığa Milli Kömək Fondu və digər kanallarla onlara güzəştli kreditlər, eləcə də girov tələb olunmadan əlverişli şərtlərlə mikrokreditlər verilməlidir. Kənd təsərrüfatı sahəsində yüksək nəticə göstərənlərə növbəti ildən başlayaraq torpaq sahələsinin genişləndirilməsi, cins mal-qara ilə təminat, qrantların verilməsi və digər stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransda çıxış edən zaman deyib ki, vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır: “Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq"./Axar.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər