Türkiyə şirkətləri Cocuq Mərcanlıda layihələr həyata keçirəcək













Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək. Azərbaycan qardaş Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərməyə hazırdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu barədə nazirlikdə keçirilən təqdimatda məlumat verilib.

Təqdimatda Türkiyə tərəfi arıçılıq, heyvandarlıq, kiçik istixana təsərrüfatı və suvenir istehsalı sahələrini əhatə edən layihə barədə məlumat verib.

Qeyd edilib ki, layihəyə uyğun olaraq, Cocuq Mərcanlıda 15 ailə üçün arıçılıq təsərrüfatı yaradılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək. Layihə çərçivəsində, həmçinin 150 başlıq südçülük təsərrüfatının yaradılması da nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən, Cocuq Mərcanlıda 15 kiçik həcmli istixana qurulacaq və damcı suvarma sistemləri ilə təmin ediləcək, toxum, şitil və s. alınmasında dəstək göstəriləcək, ailələrə təlimlər keçiriləcək. İstixana təsərrüfatlarında kənd əhalisinin məşğulluğu təmin olunacaq, kənd əhalisinin bir sıra tərəvəz məhsullarına olan ehtiyacı yerli imkanlar hesabına ödəniləcək. Həmçinin, layihə çərçivəsində suvenir istehsalı təşkil olunacaq ki, burada keramika və müxtəlif oyuncaqlar hazırlanacaq. Layihə reallaşdırılması nəticəsində istehsal olunan bütün məhsulların "Cocuq Mərcanlı" loqosu ilə satışa çıxarılacaq./xezerxeber.az

Oxunub: 1 047

Son xəbərlər

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Bütün xəbərlər