"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

PR üzrə mütəxəssis Vüqar Baba "Leobank"ın xidmət keyfiyyəti və müştəri məmnuniyyəti ilə bağlı ciddi tənqidlərlə çıxış edib.

DogruXeber.tv xəbər verir ki, V.Baba adıçəkilən bankla əməkdaşlığına son qoyduğunu açıqlayıb. Ekspert bildirib ki, ötən ilin iyul ayında tətbiq vasitəsilə 3 illik kredit rəsmiləşdirsə də, ötən müddət ərzində bankın kommunikasiya siyasəti dözülməz həddə çatıb. Belə ki, ödənişlərini heç vaxt gecikdirməməsinə baxmayaraq, hər ay ödəniş tarixinə xeyli qalmış həm tətbiq, həm SMS, həm də birbaşa zənglər vasitəsilə mütəmadi xatırlatmalar alıb.

Vüqar Baba bu vəziyyəti müştəriyə qarşı hörmətsizlik və etik qaydaların pozulması kimi qiymətləndirib: "Tanımadığım nömrələrdən gələn bu zənglər iş prosesimi və görüşlərimi yarımçıq qoyur. Üstəlik, kənar şəxslərin yanında edilən bu zənglər mənim kredit öhdəliyimin olması və sanki ödənişi gecikdirməyim barədə yanlış təəssürat yaradır. Bu, birbaşa müştəriyə hörmətsizlikdir".

Onun sözlərinə görə, bankın qaynar xəttinə və digər platformalarına edilən çoxsaylı şikayətlərə isə "bankın daxili qaydaları belədir, adınızı sistemdən çıxara bilmirik" cavabı verilib: "Heç bir daxili bank qaydası ölkənin qanunvericiliyindən və istehlakçı rahatlığından üstün tutulmamalıdır. Əgər sizin sisteminiz müştərini narahat edirsə, deməli, sisteminiz qüsurludur və düzəltməlisiniz".

Vüqar Baba, narazılıq əlaməti olaraq 3 illik kreditini vaxtından əvvəl – cəmi 9-cu ayında tamamilə bağlayıb. O, hesabındakı vəsaitləri digər banklara yönəltdiyini, yaxın günlərdə isə "Leobank" kartını birdəfəlik ləğv edəcəyini bəyan edib. Sonda o, bankların müştəri rəyinə biganə qalmasının və düzgün kommunikasiya qura bilməməsinin müasir biznes prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb.

V.Babanın yazdığına cavab olaraq "Leobank"dan bildirilib ki, bank tərəfindən müştərilərə edilən zənglər və göndərilən SMS bildirişləri əsasən məlumatlandırma və xatırlatma xarakteri daşıyır: "Bu əlaqə vasitələri ödəniş tarixindən əvvəl müştərilərin ödənişlərini vaxtında həyata keçirmələrinə dəstək məqsədilə həyata keçirilir və Bankın standart prosedurlarına uyğundur.

Bununla belə, yaranmış vəziyyətə görə səmimi qəlbdən üzr istəyirik. Baş vermiş narahatlığa görə sizi tam anlayırıq və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün müvafiq tədbirlər görüləcək. Sizin rahatlığınız bizim üçün önəmlidir və göstərdiyimiz xidmətlərin keyfiyyətini daim yaxşılaşdırmağa çalışırıq".//Qaynarinfo

Oxunub: 49

Son xəbərlər

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Bütün xəbərlər