Şabranda yol çəkilir













39 km uzunluğa malik və IV texniki dərəcəyə uyğun yenidən qurulan Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu Şabran rayonunda bu il həyata keçirilməsi planlaşdırılan iki layihədən biridir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) xezerxeber.az-a verilən məlumata görə, uzun müddət istismar olunması və əsaslı şəkildə təmir olunmaması yol boyu 8 yaşayış məntəqəsində yaşayan 11 mindən çox əhalinin gedi-gəlişini xeyli çətinləşdirirdi. Məhz bu nəzərə alınaraq sözügedən yolda agentlik tərəfindən sürətli yenidənqurma işlərinə start verilib.

Layihə çərçivəsində hazırda yol boyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.

Yol boyu süni qurğularda 24 metr uzunluqlara malik 2 avtomobil körpüsünün və 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası, ardınca asfaltlanma işlərinin aparılması planlaşdırılır. Yeni asfalt-beton örtük 2 laydan ibarət olmaqla və yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla ümumilikdə 230 min kv.m-dən çox sahəyə döşənəcək.

AAYDA tikinti işlərindən sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili məqsədi ilə zəruri yol nişanlarının və məlumatverici lövhələrinin quraşdırılmasını, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işlərini aparacaq.

39 km-lik Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolunda tam müasir yol infrastrukturunun yaradılması yük və sərnişin daşımasını asanlaşdıracaq, vətəndaşların Şabran rayon mərkəzinə, burdan isə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və xarab olmadan istər qonşu rayonlarının, istərsə də paytaxt Bakının bazarlarına daşınmasına imkan yaradacaq.

Qeyd edək ki, Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu rayon ərazisində bu il reallaşdırılması nəzərdə tutulan iki layihədən biridir. Hər iki layihənin icrası 13 yaşayış məntəqəsinin 17 mindən çox əhalisinin yüksək keyfiyyətlə yenidən qurulacaq 65 km avtomobil yolundan rahat şəkildə istifadə etməsinə imkan yaradacaq./xezerxeber.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər