Bakıda 20 qəpiyə dönər satılır… – İNANILMAZ (FOTO)













Sosial şəbəkələrdə dönər və “Cappy” şirəsinin cəmi 1 manata satılmasına dair foto paylaşılıb. Baxmayaraq ki, yalnız həmin içki mağazalarda elə təklif olunan qiymətə satılır. “Cappy”nin topdan satışı isə 80 qəpikdir. Belə olan halda dönərin qiyməti 20 qəpiyə bərabər olur. Bu isə dönərin necə və hansı məhsullardan hazırlanmasını sual altına salır. Belə dönərləri almaq insanların həyatı üçün təhlükə yaradırmı?

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib. O əvvəlcə qeyd edib ki, birlik istehlakçıların ucuz və keyfiyyətli mal almasının tərəfdarıdır. Eyni zamanda çalışırlar ki, dövlətin siyasəti buna yönəlsin.

E.Hüseynov söyləyib ki, bazar iqtisadiyyatında birdən-birə belə anormal qiymətinin olması birliyi düşünməyə vadar edir: “Murdar və ənənəvi olmayan heyvanların ətlərinin ayaq açdığı bir şəraitdəyik. Çox təəssüflər olsun ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti belə məsələləri aşkar edir və 200 manat cərimə kəsir. İqtisadiyyat Nazirliyi buna nəzarət etmir”.

Birliyin sədri bildirib ki, 3 il bundan öncə dönərlərin standartı hazırlanıb: “Dönərləri təmiz ətdən hazırlayan və şəbəkələrə paylayan müəssisə müəyyən olunub. Həmin müəssisədən alınıb-alınmamasını bilmək üçün istehlakçı sertifikat tələb edə bilər. 85 faiz dönərxanalarda həmin sertifikat mövcuddur. Lakin təəssüflər olsun ki, bu obyektlər sözügedən şirkətlə işləmir”.

Eyyub bəy qeyd edib ki, Mal ucuz olsa belə, əgər mənbəyi məlumdursa heç bir problem yoxdur: “İstehlakçının malın bütün sənədlərini tələb etməyə tam hüququ var. İstehlakçılara gigiyenik vəziyyətə baxmalarını məsləhət görürəm. Mal ucuz olsa belə, əgər mənbəyi məlumdursa heç bir problem yoxdur. Ola bilər ki, həmin obyektlər rəqiblərini sıxışdırmaq üçün belə qiymət müəyyən ediblər. Məsələn, icarə haqqı verməyən dönərxanalar bu cür işləyə bilər. Yəni mümkündür ki, 1 manata bərabər dönər gigiyenik və normalara uyğun olsun”./minval.info


Bakıda 20 qəpiyə dönər satılır… – İNANILMAZ (FOTO)

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər