Azərbaycanda ana fəryadı: "Bir oğlum qəbirə, o biri həbsə getdi"













Qardaşını öldürməkdə təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin atası Ramazan Əliyev ifadə verib. O bildirib ki, hadisə zamanı evdə olmayıb.

Göz yaşlarını saxlaya bilməyən Ramazan Əliyev danışa bilməyib.

Məhkəmədə təqsirləndirilən şəxsin anası Gülzar Əliyeva da ifadə verib. O, hadisənin adi bir mübahisə üstündə baş verdiyini söyləyib.

G.Əliyeva mərhum oğlunun əsəbi olduğunu və bəzən qardaşı ilə məişət məsələlərinə görə mübahisə etdiklərini söyləyib. Hadisə günü baş verənlər haqda danışan G.Əliyeva söyləyib ki, mətbəxdə olarkən övladlarının səslərini eşidib. Ana bu zaman övladlarının həmişə olduğu kimi mübahisə etdiklərini düşünüb. Muradın qışqırdığını eşidən zaman isə otağa gedib:

"Gördüm ki, otaq qandır. Murad da yıxılıb. Əli orda yox idi. Qışqırmağa başladım. Təcili yardım çağırdım. Bir oğlum qəbirə, bir də türməyə düşdü. Əli Moskvada təhsil alıb . Bir müddət sonra Bakıya qayıtdı. Evdə olanda da görürdüm ki, başını yun şalla bağlayır. Səbəbini soruşurdum. Deyirdi ki, başı möhkəm ağrıyır. Düşünürdüm ki, bəlkə Moskvada nədənsə qorxub, dalaşıb. Deyirdi ki, heç bir şey olmayıb. Əli atasının sağ əli, qardaşı da sol əli idi. İndi atasının hər iki qolu da yoxdur".

Məhkəmə təqsirləndirilən Əli Əliyevə də ifadə verməyi təklif edilib. Sonra Hakim Ə.Əliyevin qapalı məhkəmə iclasında dindirilməsi barədə qərar verib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib.

Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.

Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmağa görə mübahisə ediblər.

Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirib.

Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.

Mənbə: lent.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər