Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi - Rəsmi















Daxili İşlər Nazirliyi Şirvanda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb. daxil olan məlumatda bildirilir ki, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron "Makarov" markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı "Makarov" tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, güllələnmə hadisəsini törətmiş Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur. Xəsarət almış Teyyub Tağıyev isə "Odessa Teyyub" adı ilə tanınır və kriminal dairələrə yaxın olduğu bildirilir.

Saxlanılan Azər Məmmədov haqqında Azərbaycan mətbuatında ilginc iddialar yazılıb. edib. Belə ki, A.Məmmədov Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olub. Atası Pirverdi Məmmədov əvvəllər Şirvandakı yağ zavodunun müdiri olub.

Bildirilir ki, bu, Azər Məmmədovun ilk cinayəti deyil. Belə ki, o, əvvəllər kriminal hesablaşmalar fonunda rayonda daş-qum bazarını işlədən və "Çoban" kimi tanınan şəxsi güllələyib. Ağır yaralı halda rayon xəstəxanasına çatdırılan "Çoban"ın həyatını xilas etmək mümkün olub. Daha sonra o, Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika zavodu"nda işləyən Babək adlı şəxsi ölümcül halda döyüb. 2015-ci ildə "Qazel" sürücüsü Rəsul adlı şəxs də "Hacı Azər" tərəfindən güllələnib. İddia edilir ki, Azər Məmmədov rayonda obyektlərdən pul tələb edirmiş. Aylıq haqqı çatdırmayan sahibkarlar onu tərəfindən hədələnirmiş.

"Hacı Azər" kimi tanınan Azər Məmmədovun Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olmuş Kamran Zeynalovun üstünə silah çəkdiyi də yazılır. Şirvanın polis rəisi bundan xəbər tutduqdan sonra "Hacı Azər"in silahı alınaraq atası Priverdi Məmmədova təhvil verilib. Kamran Zeyanlov isə Şamaxıya rəis müavini göndərilib./Sonxeber.az


@dogruxeber.tv

Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi - Rəsmi

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər