"Ya borcun, ya arvadın" deyən əmisini öldürüb, Azərbaycana qaçdı

"Əmim can verəndə uşaqlarını mənə tapşırdı"
Türkiyədən 1,5 il öncə yoxa çıxan kişinin qətlə yetirildiyi üzə çıxıb.
Konyada yaşayan Əbubekir Kızoğlunun öz qardaşı oğlu tərəfindən qətlə yetirildiyi üzə çıxıb. Qətlə səbəb isə 150 lirə (təqribən 60 manat) borc pul olub.
Polis tərəfindən tutulan Abdullah Kızoğlu əmisini tapança ilə öldürdüyünü etiraf edib.
Mərhumun həyat yoldaşı polisə müraciət edərək ərinin itdiyini deyib. Onun ən son qardaşı oğlu ilə görüşmək üçün evdən çıxdığı bəlli olub. A.Kızoğlu isə qətli törətdikdən 4 ay sonra qaçaq yollarla Azərbaycan ərazisinə keçə bilib və 8 ay ərzində burada qalıb. Polis iki arvadı bir uşağı olan şəxsin uzun müddət ailəsi ilə maraqlanmamasından şübhələnib. Bir neçə ay öncə Türkiyəyə geri qayıdan şəxs axtarışdan sorna yaxalanıb.
İstanbulda həbs edilərək Konyaya gətirilən Kızoğlu əmisini basdırdığı yeri polislərə göstərib. Traktorla qazılan yerdə iki uşaq atasının sümükləri tapılıb.
İlkin ifadəsində saxlanılan şəxs əmisinə borclu olduğunu, əmisinin isə ona "ya borcun, ya arvadın" dediyi üçün öldürdüyünü bildirib. Daha sonra isə başı və ayaqlarından güllələdiyi əmisini alt paltarları ilə basdırıb. "Əmim can verəndə gözlərimə baxaraq, uşaqlarım sənə əmanətdir. Onlara yaxşı bax dedi. Azərbaycana gedənə kimi əmimi basdırdığım yerə gedib ağlayıb, dua etmişəm"./istipress
@dogruxeber.tv


