hadise
12.02.2018, 09:40
Moskvada İlham Rəhimovun qohumunu öldürdülər

Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib.
Qətl hadisəsi fevralın 9-da baş verib.
25 yaşlı Ruhin Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən öldürülüb.
Onun küt alətlə qətlə yetirildiyi bildirilib.
Mərhumun cəsədi Bakıya göndərilib və dəfn olunub.
Qeyd edək ki, Ruhin Rəhimov tanınmış azərbaycanlı iş adamı, hüquq elmləri doktoru İlham Rəhimovun yaxın qohumu, əmisinin nəvəsidir/. APA


