Prokuror tanışını öldürənə 18 il 6 ay cəza istəyib – FOTO











Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəcəb Məmmədovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ötən il iyun ayının 24-də Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində aralarında yaranan mübahisə zamanı birlikdə yeyib-içdiyi tanışı Fərhad Mehdiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Nəticədə sonuncu kəskin qanitirmədən hadisə yerində keçinib. İş matriallarına əsasən, Rəcəb Məmmədov özü DİN-nin 102 çağrı mərkəzinə zəng edib, evində meyit olduğunu bildirib. O, hadisə yerinə gələn Suraxanı RPİ-yə əvvəl cinayətdən xəbərsiz olduğunu deyib. Lakin sonra, istintaqın gedişatında o törətdiyi əməli etiraf edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifadələrini təsdiq etməyib. O qeyd edib ki, ifadə verərkən özündə olmayıb. Məmmədov Mehdiyevi dava zamanı yumruqla vurduğunu etiraf etsə də, onu bıçaqlamadığını deyib. O, bildirib ki, içki məclisində evində qonşusu Aleksandr da olub, çox güman ki, qətli o törədib.

Prosesdə şahid qismində dindirilmiş Aleksandr Karuxin bildirib ki, Rəcəb Məmmədovun evində yox, küçədə içiblər. Sonra da ayrılaraq, öz evinə gedib və Rəcəbin evində baş verənlərdən xəbəri olmayıb. Karuxin heç kimi öldürmədiyini deyib.

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses martın 9-na təyin edilib. /Oxu.Az

@dogruxeber.tv


Prokuror tanışını öldürənə 18 il 6 ay cəza istəyib – FOTO

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər