Astan Şahverdiyevin polis rəisi olan qardaşı oğlu bir gəncə işgəncə verib iddiası – FOTO











Ağayev Rövşən Bayram oğlu Cəbrayıl Rayon Polis Şöbəsində şiddətli işgəncə və təhqirlərə məruz qalması ilə bağlı Turanxeber.az saytına müraciət edib.

Rövşən Ağayev müraciətində bildirib ki, onu bir oğurluq hadisəsinə görə ittiham edib, fiziki xəsarətlər yetiriblər.

“Oğurlaq hadisəsinin öz üzərinə götürməməyim polis əməkdaşlarını qəzəbləndirib. Buna görə məni polis şöbəsinə aparıb, işgəncə verdilər və təhqirlərə məruz qoydular. Polis əməkdaşı Sabit Orucov mənə dedi ki, sənə təcavüz edib internetdə yayarıq, biabır edərik səni. Polis şöbəsində qarın nahiyəmə təpiklə vurdular. Sonra saçımdan tutub, yerə yıxdılar və dubinka ilə xəsarət yetirdilər”,-deyə R.Ağayev bildirib.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini R.Ağayev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

R.Ağayevin valideynləri DİN-in 102 “Qaynar xətti”nə zəng vurub və baş verən hadisəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və Cəbrayıl rayon prokuroruna müraciət ediblər.

R.Ağayev qeyd edib ki, rayon prokuroru qəsəbədə oğurluq hadisəsinin olmadığını bildirib: “Prokuror polis rəisinin və polis əməkdaşlarının niyə bunu etdiklərindən təəccüblənib”.

Rövşən Ağayevin valideynləri oğullarına haqsız yerə işgəncə verildiyinə görə rayon polis rəisi Araz Şahverdiyev, polis əməkdaşları Sabit Orucov və Sahib Allahverdiyevin cəzalandırılmasını tələb edirlər.

Xatırladaq ki, Cəbrayıl Polis Şöbəsinin rəisi Araz Şahverdiyev Milli Məclisin deputatı Astan Şahverdiyevin qardaşı oğludur.


Astan Şahverdiyevin polis rəisi olan qardaşı oğlu bir gəncə işgəncə verib iddiası – FOTO

Oxunub: 2 349

Son xəbərlər

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Bütün xəbərlər