"Xarici qoşunların köməyi olmadan ölkəmiz tam gücsüz olacaq" - Erməni jurnalist












"20 ildən sonra Ermənistan xarici qoşunların köməyi olmadan öz hərbi və insan resursları ilə özünü müdafiə etməkdə tam gücsüz olacaq".

dogruxeber.tv ordu.az-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Armen Harutyunyan bildirib. Məqalədə erməni jurnalist, Rusiya və Almaniya ölkələrinin müdafiəsi və hazırkı qlobal silahlanma fonunda Ermənistanın gələcək taleyini təqdim eidr. O, Rusiya və Almaniyanın eyni həcmdə hərbi büdcəyə malik olduqlarını bildirir.
"Lakin bu gün Almaniya və İngiltərənin tanklarını modernizə etməyə, gəmilərinin təmirinə demək olar ki, pul tapılmır. Onlar, Rusiyanın yeni nəsil raketləri qarşısında praktiki olaraq gücsuzdürlər. Müxtəlif sanksiyalarla dağıtmağa çalışdıqları Rusiyanın raketləri qarşısında istənilən raket əleyhinə sistem acizdir. Rusiya bu sanksiyalara baxmayaraq, mövcud bənzər silahlarını bir neçə nəsil qabaqlayan yeni silah növləri istehsal edir.

ABŞ hərbi gücünə güvənərək, Avropa suverenliyini və tədricən iqtisadiyyatının gücünü itirdiyini dərk edir. İnsanlar kimi millətlər də daima seçim qarşısında qalırlar. Avropa əsasən dövlət maraqlarını görməzdən gələrək, yerli zənginlərin maraqlarına xidmət edən demokratik oyunlara həddindən çox qoşuldu. Eyni hal Amerikada da baş verdi", - deyə erməni jurnalist bildirir.

Daha sonra o, müqayisəni daha da dərinləşdirərək, ABŞ prezidenti Trampın tələbi ilə Amerikada əmək haqlarının artırılmasına toxunur: "Bu artıma iri sahibkarlar etiraz edərək, istehsalın bahalaşmasına səbəb olduğuna görə etiraz etdi. Onlar öz istehsal müəssisələrini Çinə daşımağa məcbur olduqlarını qeyd etdilər. Əmək haqqları isə davamlı olaraq bahalaşan sosial xidmətlərin, kirayələrin ödənilməsini asanlaşdırmaq üçün atılan addımdır.

Bir sözlə bahalaşan daşınmaz əmlak sahiblərinin, fərdi mülkiyyət sahiblərinin tələblərini ödəmək üçün dövlət maraqları qurban verilir. Ümumilikdə məsələ çox mürəkkəbdir. Həm ABŞ, həm Avropa, həm də Rusiya demoqrafik fəlakətli vəziyyətlə üzləşiblər".

Erməni jurnalist, Ermənistandan fərqli olaraq, ABŞ və Rusiyanın imiqrantların sayəsində bu problemi qismən həll edə bildiyini qeyd edir. "Ermənistan əksinə olaraq 27 ildir ki, insanların ölkəni tərk etməsinə xidmət edir. 20 ildən sonra Ermənistan xarici qoşunların köməyi olmadan öz hərbi və insan resursları ilə özünü müdafiə etməkdə tam gücsüz olacaq, bu isə son deməkdir.

“Fərdin gücü onun təkliyindədir”. Nitsşenin bu sözləri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların niyə gücsuz olduğunu izah edir. Çox təssüf ki, eyni vəziyyəti hökumətləri tərəfindən təcrid edilmə xülyasını bəhanə gətirərək, ölkənin sənaye kompleksinin məhv edilməsinə və qısa zamanda varlanmalarına istifadə edən ölkəmiz haqqında demək mümkün deyil".

Təbii ki, Harutyunyanın Ermənistan kimi cılız bir ölkənin müdafiə sənayesini qlobal güclərin silahlanma və raket yarışı fonunda müqayisə etməsi gülüncdür. Sadəcə, Harutyunyan məsələni başqa bir istiqamətə doğru insan potensialına doğru çəkir. O, haqlı olaraq, Ermənistanın xarici qoşunların köməyi olmadan öz hərbi və insan resursları ilə özünü müdafiə etməkdə tam gücsüz olacağını və sonunun çatacağını qeyd edir.

@dogruxeber.tv

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər