Baş redaktorun valideynləri prezidentə müraciət etdi












“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin valideynləri Prezident İlham Əliyevə müraciət edib.
Azinforum.az Zəngilan rayonundan məcburi köçkün düşmüş 12 uşaq anası, qızıl medallı qəhrəman ana Vəliyeva Ərkinaz Abdulla qızı tərəfindən ünvanlanan müraciəti təqdim edir:
“Hörmətli Cənab Prezident, Azərbaycanın fəxri, Sizi növbəti dəfə prezidentliyə namizəd olmağınız münasibəti ilə təbrik edirəm. Bütün analar və ağbirçəklər adından Sizə uğurlar arzu edirəm. Ana müqəddəsliyinin toxunulmaz olduğu hamımıza bəllidir. Mənim arzum Sizin növbəti dəfə prezident seçilməyinizdir. Siz Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanımızı son illərdə daha da inkişaf etdirmisiniz. Azərbaycan müstəqillik əldə etdikdən sonra keçirilən prezident seçkilərində Sizə və atanıza səs vermişik. Cənab Prezident Siz xalqın bütün ümidlərini doğrultmusunuz. Biz Sizi növbəti dəfə öz prezidentimiz, liderimiz kimi görmək istəyirik. Mən əminəm ki, xalqımız Heydər Əliyevin layiqli davamçısına yekdilliklə səs verib onu prezident seçəcək. Mən ailə üzvlərim və yaxın qohumlarım qarşıdan gələn prezident seçkilərində iştirak edib səsimizi Sizə verəcəyik. Bizim dəyişilməz namizədimiz Sizsiniz.
Cənab Prezident biz Sizin necə humanist və xeyirxah insan olduğunuzu çox gözəl bilirik. Mənim oğlum, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Vəliyev Habil Allahverdi oğlu 2016- cı ildə həbs edilmişdir. Cənab Prezident diqqətinizə çatdırmaq istəyirəm ki, oğlum hər zaman dövlətə və dövlətçiliyə eyni zamanda Sizə xidmət edib və sadiq olub. Oğlum daim ictimai fəallığı ilə seçilib və Sizin yəni iqtidarın siyasi kursunu daim dəstəkləyib. O, ali hüquq təhsillidir və 20 ildən çoxdur ki, seçki məntəqəsinin sədridir. Yeni Azərbaycan Partiyasının ilk üzvlərindəndir. Müstəqil Azərbaycanımızın ilk zabitlərindəndir və keçmiş döyüşçüdür. 25 ildir ki, Yasamal rayon Veteranlar Birliyinin Sədridir. O, bütün varlığı ilə öz dövlətinə və onun başçısına bağlıdır. Oğlum bu gün də sizin əsgərinizdir.
Cənab Prezident, oğlumun həbsi mən və 82 yaşlı iflic xəstəsi olan atası başda olmaqla ailə üzvlərinə və yaxın qohumlarına pis təsir edib. Həyat yoldaşı ağır xərçəng xəstəsidir. Ailəmin tək dolanışığı oğlumdan asılıdır.
Hörmətli Prezident! mart ayının 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə oğlumun məhkəməsi baş tutacaq. Bu işdə heç bir şikayətçi və zərəçəkən yoxdur, heç bir maddi-mənəvi ziyan yoxdur, hətda cinayət işi materiallarında adı keçən zərərçəkmişlər belə rəsmi qaydada məhkəməyə ərizə ilə müraciət edib bildirmişlər ki, xahiş edirik Vəliyev Habil Allaverdi oğlunun həbsdən azadlığa çıxmasını təmin etsinlər.
Cənab Prezident Sizdən başqa ümid yerimiz yoxdur. Qəhrəman ana olaraq Sizdən xahiş edirəm ki, səlahiyyətlərinizdən, verdiyiniz fərman və sərəncamlardan istifadə edərək bayram ərəfəsində oğlum Vəliyev Habil Allaverdi oğlunun ailəmizə qovuşmasına kömək edəsiniz.
Allah Sizi Azərbaycan xalqına çox görməsin. Allah Ulu Öndərimiz Heydər Əliyevə, həmçinin anamız Zərifə xanım Əliyevaya, şəhidlərimizə rəhmət eləsin.
Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm”.

Oxunub: 945

Son xəbərlər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Bütün xəbərlər