Bakıda ət kəsimi ilə bağlı qaydalar sərtləşdiriləcək














“Bakı və paytaxtın ətrafında bölgələr üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə ərazisində qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir və yaxın gələcəkdə layihə aidiyyatı qurumlara göndəriləcək.

O qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar ölkə ərazisində monitorinq keçirilib: "Müşahidələr zamanı Azərbaycanda təxminən 111 baytarlıq sanitar ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada həllini tapmamalıdır. Çünki, belə olduğu təqdirdə bu, müvəqqəti olacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın".

Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxt ətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq. Kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr modul tipli və ya mobil formada ola bilər. Hazırda onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib".

Bundan başqa, Q. Təhməzli bildirib ki, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq:” Paytaxtın ətraf qəsəbələrində isə ancaq iri buynuzlu müvafiq heyvanları təsərrüfatda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq". /apa

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər