Balakəndə at əti satanlar ƏLƏ KEÇDİ - VİDEO













Balakən rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, fevralın 14-də daxil olmuş məlumat əsasında Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı Balakən rayonunun Qabaqçöl qəsəbə sakini Nurullah Nurəddin oğlu Cirinqovun həyətinə baxış keçirilib.

Baxış zamanı Nurulla Cirinqova məxsus həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, ağacdan asılmış, dərisi yarımçıq soyulmuş və sağlamlığına dair heç bir sənədi olmayan 1 baş atın cəmdəyi, arxa ətrafları və 1 ədəd at başı aşkar edilib.

Həyətində at kəsimi aparan Nurullah Cirinqova söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olduğunu etiraf etmiş və həmin ətləri mal əti adı altında satmaq istədiyini bildirib.

Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Balakən rayonu sakini Nurullah Cirinqova məxsus və onun tərəfindən kəsilmiş təxmini 95 kq çəkisində olan at ətinin müayinəsi başa çatana kimi, at cəmdəyi saxlama kamerasına yerləşdirilib.

Bu hadisə ilə bağlı materiallar toplanaraq araşdırımalar aparılması üçün Balakən Rayon Polis Şöbəsinə göndəriləcək.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək/xezerxeber.az


Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər