“AQROLİZİNQ” FERMERLƏRDƏN “OTKAT” TƏLƏB EDİR! – “Elə qiymətlər deyirlər ki…”













“Aqrolizinq” ASC-yə dövlət büdcəsindən 160 milyon manat vəsait ayrılıb. Nəzərdə tutulduğuna görə, bu pullar kənd təsərrüfatı istehsalçılarının texnika və avadanlıqlarla təchizatına yönəldiləcək.

Ölkənin kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından bu metodun nə dərəcədə effektiv olması barədə virtualaz.org-un əməkdaşı ilə söhbətində iqtisadçı Rövşən Ağayev deyib: “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına avadanlıq güzəştli şərtlərlə təqdim olunsa da, bu, heç də pulsuz deyil. Bu, biznesin növlərindən biridir. Sovet İttifaqının tarixi göstərdi ki, dövlət bizneslə rentabelli məşğul olmaq iqtidarında deyil. Xaricdə aqrolizinqlə dövlətin dəstəyi ilə kooperativlər məşğul olur. Bizim “Lizinq ASC” isə özünü o qədər də yaxşı tərəfdən göstərməyib. Dövlətin “Aqrolizinq”ə ayırdığı pullar bəzi hallarda onun rəhbərliyinin varlanmasına gedir.

Fermerlərə texnikanın “otkat” (təqdim edilən pul vəsaitinin bir hissəsinin borcalanın hesabına mənimsənilməsi –red) şərtilə verilməsi təcrübəsi çiçəklənir. Bu yaxınlarda fermerlərdən “otkat”a görə “Aqrolizinq”in Ağcabədi şöbəsinin rəhbəri cinayət məsuliyyətinə cəlb edilib. “Aqrolizinq”in rəhbərlərinin ciblərinin doldurulmasına xidmət edən daha bir mənbə isə aqrotexnikanın fermerlərə aşağı qiymətə rüşvətlə satışıdır.

Aqrolizinq sistemində korrupsiyaya ictimai nəzarətin büsbütün yoxluğu şərait yaradır. İctimai təşkilatlar fermerlər arasında kənd təsərrüfatı texnikasının bölüşdürülməsi prosesinə buraxılmırlar”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı bildirib: “İctimai təşkilatların iştirakı nəyə lazımdır ki? Onlarsız da keçinərik…”

“Dəfələrlə “Aqrolizinq”ə müraciət etmişəm ki, mənə istifadə üçün kənd təsərrüfatı texnikası verilsin. ASC-nin təmsilçiləri elə qiymətlər deyirlər ki, adi bankdan kredit götürərək, bu texnikanı özəl şirkətlərdən almaq daha çox sərf edir. “Aqrolizinq” texnikanı “öz” fermerlərinə verməyi üstün tutur”, – bunu isə fermer Şöhrət Məmmədov deyib.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər