İspaniyada polislə etirazçılar arasında baş verən toqquşmalarda 52 nəfər xəsarət alıb










İspaniyanın Kataloniya bölgəsində polislə etirazçılar arasında baş verən toqquşmalarda 52 nəfər xəsarət alıb.



dogruxeber.tv-ın RT-yə istinadən verdiyi xəbərə görə, 3 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. İğtişaşlar zamanı 4 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, 46 etirazçı Barselonada, daha 2-si isə Merida şəhərində xəsarət alıb. Yaralıların həyatına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, etirazlara ötən gün Kataloniya Muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemonun Almaniya polisi tərəfindən saxlanılması səbəb olub.


27 oktyabr 2017-ci ildə Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. Həmin il noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.


Keçən il dekabrın 5-də İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri K. Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib. Bu il martın 23-də isə İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyaren K. Puçdemonun həbsi üçün order verib.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər