“Ağdam” restoranın qarşısında “Kalaşnikov” işə düşdü, ölən və yaralanan var





Xarkov polisi bu şəhərdəki “Ağdam” restoranının qarşısında avtomatla bir qrup şəxsə atəş açılması hadisəsinin bəzi təfərrüatlarını açıqlayıb.

Bildirilir ki, ilkin məlumata görə əsasən azərbaycanlılardan ibarət olan təxminən 9 nəfərlik kampaniya restorandan çıxarkən onlara yaxınlaşan avtomobildəki naməlum şəxs “Kalaşnikov” avtomatından atəş açıb. Nəticədə 32 yaşlı Azərbaycan vətəndaşı başından güllə yarası alıb, 38 yaşlı Gürcüstan vətəndaşı isə qabırğasından yaralanıb. Azərbaycan vətəndaşı xəstəxanaya aparılarkən yolda ölüb. Atışma zamanı yaxınlıqdakı “Toyota” avtomobilinə də xeyli güllə dəyib.



* * *11:19

Bu gün martın 30-na keçən gecə Ukraynanın Xarkov şəhərində naməlum şəxs “Ağdam” restoranından çıxan bir qrup “qafqazlıya” avtomatdan yaylım atəşi açıb.

dogruxeber.tv Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, axşam saat 23.00 radələrində bir qrup “qafqazlı” restorandan çıxarkən onlara avtomobil yaxınlaşıb. Avtomobildəki şəxslərdən biri onlara tərəf avtomatdan atəş açıb və hadisə yerindən uzaqlaşıb. Nəticədə bir Azərbaycan vətəndaşı ölüb, Gürcüstan vətəndaşı olan daha bir nəfər (milliyyəti hələ açıqlanmır) yaralanıb.

Xarkov polisi şəhərdə cinayətkarların axtarışına başlayıb, yollarda postlar qurulub. Güllələnənlərin kimliyi və nə işlə məşğul olduqları haqda məlumat verilmir. Lakin ehtimal olunur ki, hadisə iki mütəşəkkil cinayətkar qruplaşma arasında baş vermiş silahlı “razborka”dır.



Bundan əvvəl Odessada Azərbaycandan olan bir qrup qanqster çoxsaylı silah-sursatla yaxalanmışdı. Onların daha əvvəl silahlı hücum həyata keçirdikləri bildirilir. Təfərrüatlar barədə məlumat verilmir. Son vaxtlar azərbaycanlı mafioz qruplaşmalar Ukraynada nüfuz bölgüsü uğrunda mübarizəyə başlayıblar və göründüyü kimi bu mübarizədə silahlar işə düşür.


“Ağdam” restoranın qarşısında “Kalaşnikov” işə düşdü, ölən və yaralanan var



“Ağdam” restoranın qarşısında “Kalaşnikov” işə düşdü, ölən və yaralanan var

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər