idman
30.03.2018, 14:45
Neymardan ŞAD XƏBƏR
![]()
Neymarın PSJ-nin düşərgəsinə qayıdacağı tarix açıqlanıb. Ağır zədədən əməliyyat olunan braziliyalı ulduz aprelin sonunda komandaya qoşulacaq.
Hazırda PSJ-nin həkiminin nəzarəti altında bərpa prosesi keçən 26 yaşlı hücumçu Fransa çempionatının son 3 oyununda - "Amyen”, "Renn” və "Kan”la görüşlərdə Paris təmsilçisinə kömək edə biləcəyi proqnozlaşdırılır. PSJ Fransa Kubokunun finalına çıxacağı təqdirdə, onun bu görüşdə də iştirak etmək ehtimalı var.
Daha əvvəl Braziliya yığmasının həkimi Rodriqo Lasmar forvardın, təqribən, 3 ay yaşıl meydanlardan kənar qalacağını bildirmişdi. Onun hətta Dünya çempionatını buraxacağı da bildirilirdi.
Fanat.Az


