dunya
30.03.2018
Tramp: ABŞ Suriyadan çıxır

ABŞ prezidenti Donald Tramp “İŞİD”in süqutundan sonra ABŞ hərbi kontingentinin tamamilə Suriyanı tərk edəcəyini bəyan edib.
dogruxeber.tv xəbər verir ki, bu barədə “Politico” portalında məlumat yayılıb.
“Biz İŞİD-i parçaladıq və ən tez zamanda Suriyadan çıxacağıq. İndi qoy başqa insanlar onunla məşğul olsun” deyə Tramp Ohayo ştatında etdiyi çıxışda bildirib.


