hadise
5.04.2018, 05:35
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Allahyarov Samir Rafiq oğlunun yanına görüşə gəlmiş tanışı Bakı şəhər sakini Abbasov Ramin Asıf oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd çətənə bitkisinin toxumu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


