dunya
10.04.2018, 08:59
BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahlardan istifadə hallarını araşdırmaq üçün yeni mexanizmin yaradılmasına dair ABŞ-ın hazırladığı qətnamə bu gün səsverməyə çıxarıla bilər.
dogruxeber.tv-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi diplomatik mənbələrə istinadən xəbər verib
Aprelin 9-da BMT Təhlükəsizlik Şurasında Duma şəhərində kimyəvi silahla hücum və “Tifor” bazasına endirilən zərbələrlə bağlı iclas keçirilib. Müzakirələrdən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ekspertlərin iştirakı ilə bağlı qapılar arxasında məsləhətləşmələr aparıblar.


